Icma.az
close
up
RU
Daşkənddə Füzuli və Nəvai irsinin ortaq dəyərlərinə həsr olunmuş tədbir keçirilib

Daşkənddə Füzuli və Nəvai irsinin ortaq dəyərlərinə həsr olunmuş tədbir keçirilib

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə birgə “Əlişir Nəvai və Məhəmməd Füzuli: Özbəkistan–Azərbaycan ədəbi əlaqələrinin inkişafı məsələləri” mövzusunda beynəlxalq konfrans keçirib. 

Universitetdə keçirilən tədbiri bu ali məktəbin gənclərlə iş və mənəvi-maarif sahələri üzrə birinci prorektoru Gulnoza Jorayeva açaraq Şərqin iki görkəmli mütəfəkkirinin mənəvi irsinin öyrənilməsinin əhəmiyyətini və Özbəkistan ilə Azərbaycan arasında elmi və mədəni əməkdaşlığın humanitar əlaqələrin möhkəmlənməsində xüsusi rol oynadığını qeyd edib. Prorektor bildirib ki, Nəvai və Füzulinin irsi qardaş xalqların ümumi sərvəti olmaqla ədəbi dialoqun etibarlı əsasını təşkil edir və universitet türkologiya istiqamətinin inkişafına, eləcə də Azərbaycan elmi müəssisələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət ayırır.

AMM-nin direktoru Akif Marifli Füzuli irsinin ümumtürk mədəni məkanındakı yerindən danışaraq “Leyli və Məcnun” poemasının Şərq ədəbiyyatında eşq fəlsəfəsinin zirvəsi olduğunu qeyd edib. Direktor vurğulayıb ki, Füzuli eşqi yalnız poetik ifadə kimi deyil, insanın mənəvi kamillik yolunun bədii təcəssümü kimi təqdim edir və bu yanaşma onun yaradıcılığını əsrlər boyu aktuallığını qoruyan klassikaya çevirir. Akif Marifli, həmçinin, Əlişir Nəvainin yalnız özbək ədəbi məktəbinin deyil, bütün türkdilli klassik ədəbiyyatın zənginləşməsində müstəsna rol oynadığını, onun əsərlərinin türkdilli xalqlar arasında ədəbi və mənəvi birliyin genişlənməsinə xidmət etdiyini diqqətə çatdırıb. Direktor qeyd edib ki, Nəvai və Füzuli kimi klassiklər arasında mövcud ideya-bədii bağlılıqlar Azərbaycan–Özbəkistan ədəbi əlaqələrinin mühüm mənəvi dayaqlarından biridir.

Universitetin professoru Nurbay Jabbarov, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Məcid və digərləri çıxış edərək Nəvai və Füzuli poeziyasının bədii-fəlsəfi qatları, klassik irsin iki ölkə arasındakı mədəni bağların inkişafındakı rolu və şeirlərin müasir dövrdə tədrisi ilə bağlı məruzələrini təqdim ediblər.

Tədbirə Azərbaycandan onlayn formatda qoşulan alim və tədqiqatçılar Nəvai və Füzuli irsinin yeni elmi yanaşmalarla öyrənilməsi, tərcümə ənənələri və ədəbi əlaqələrin genişləndirilməsi perspektivləri barədə çıxış ediblər.

Sonra universitetdəki Məhəmməd Füzuli adına Azərbaycan Təhsil və Tədqiqat Mərkəzinin tələbələrdən ibarət “Füzuli dilbəndləri” kollektivi şairlərin qəzəl və poetik parçalarını səsləndiriblər.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Noyabr 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see194

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri