Icma.az
close
up
RU
“Daşkənddə imzalanan sənəd Azərbaycan üçün yeni geosiyasi imkanlar açır” POLİTOLOQ

“Daşkənddə imzalanan sənəd Azərbaycan üçün yeni geosiyasi imkanlar açır” POLİTOLOQ

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən sənəd imzalanıb. Bununla Azərbaycan Mərkəzi Asiya ölkələrinin məsləhətləşmə görüşləri formatına tam hüquqlu iştirakçı kimi qoşulub. Bu addım Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında vahid platformanın formalaşdığını göstərir.

Gununsesi.info-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib ki, geniş coğrafiyada enerji, nəqliyyat, siyasi, iqtisadi, mədəni və humanitar sahələr üzrə müzakirələr daha davamlı xarakter alır və Azərbaycan bu prosesdə hüquqi müstəvidə öz mövqeyini möhkəmləndirir.

“Bu qərar Azərbaycan üçün mühüm perspektivlər açır. Orta Dəhliz və Zəngəzur Dəhlizi istiqamətində strateji layihələr mövcuddur və yeni geosiyasi reallıqlar fonunda onların əhəmiyyəti daha da artır”, – deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, Şərq ilə Qərb arasında bağlantının formalaşmasında Azərbaycan körpü rolunu oynayır və Mərkəzi Asiya ölkələri bu məqamı xüsusi diqqətdə saxlayırlar:

Son illər Mərkəzi Asiyaya beynəlxalq marağın kəskin artdığını qeyd edən ekspert, böyük geosiyasi mərkəzlərin də bölgə ilə əlaqələri genişləndirməyə çalışdığını bildirib:

“Azərbaycan üçün də bu regionun beş dövləti ilə əməkdaşlıq yeni imkanlar yaradır”.

Politoloq hesab edir ki, Daşkənddə əldə olunan bu nailiyyət Azərbaycan–Özbəkistan münasibətlərinə də müsbət təsir göstərir.

“Hazırda Özbəkistan, Qazaxıstan və Qırğızıstan tərəfindən Qarabağ və Şərqi Zəngəzurda təhsil və uşaq yaradıcılıq mərkəzləri fəaliyyət göstərir. Türkmənistanın dəstəyi ilə bölgədə məscidin tikintisi üzrə razılıq da əldə olunub.

Bütün bunlar Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq ruhunun və qarşılıqlı etimadın gücləndiyini göstərir”, – deyə İlyas Hüseynov əlavə edib.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Noyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri