Icma.az
close
up
RU
Daşkənddə Xocalı faciəsinin 33 cü ildönümü qeyd olunub

Daşkənddə Xocalı faciəsinin 33 cü ildönümü qeyd olunub

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycandan gəlmiş qonaqlar, diasporumuzun fəalları, ziyalılar, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər.
Mərasimin əvvəlində iştirakçılar foyedə Xocalı faciəsini özündə əks etdirən foto və kitab sərgisinə baxıblar.
Mərkəzin Heydər Əliyev Muzeyində keçirilən mərasimdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, faciə haqqında sənədli film nümayiş etdirilib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxışında 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni işğalçı qüvvələrinin blokada şəraitində olan köməksiz bir şəhərə - Xocalıya ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçdiklərini bildirib. Səfir faciə zamanı həlak olanlarla bağlı konkret faktları göstərib, Xocalı soyqırımının yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət olduğunu xatırladıb. H.Quliyev deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin səriştəsi, uzaqgörən siyasəti sayəsində nəhayət ki, torpaqlarımız işğaldan azad edilib, işğalçılar layiqli cəzalarını alıblar.
Səfir bildirib ki, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Xocalıya ədalət” adlı beynəlxalq kampaniya keçirilir. Heydər Əliyev Fondu Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirib və bu istiqamətdə fəaliyyət davam edir.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Xocalıda dinc əhalinin qəddarlıqla qətlə yetirilməsini pisləyib, qardaş Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçılarının hamısının məsuliyyətə cəlb olunmasının vacibliyini qeyd edib.
Daşkənd şəhər şurasının deputatı Cəmilə Şermuxammedova, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin professoru Adxambek Alimbekov, şair və tərcüməçi Şəhla Qasımova, özbək şairi Kərim Bəhriyev və başqaları bildirib ki, həmin dəhşətli gecə azyaşlı uşaqlar, ahıllar da daxil olmaqla yüzlərlə mülki insan xüsusi qəddarlıqla qətlə yetirilib, minlərlə insan yaralanıb, əsir götürülüb və ya itkin düşüb.
Sonra şair İradə Əlilinin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə özbək dilində tərcümə olunan “Xocalı: Şahidlər danışır” kitabının təqdimatı olub. Kitabın müəllifi İradə Əlili Xocalı faciəsini əsrin ən böyük soyqırımlarından biri kimi xarakterizə edib, kitabın yaranması zəruriliyindən danışıb.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 Fevral 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri