Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Daşkənddə yüksək nəticə: Azərbaycan cüdosu “Böyük dəbilqə”ni fəth etdi in İCMALI

Daşkənddə yüksək nəticə: Azərbaycan cüdosu “Böyük dəbilqə”ni fəth etdi in İCMALI

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan cüdoçuları Daşkənddə təşkil edilən cüdo üzrə “Böyük dəbilqə” turnirində uğurla çıxış ediblər.

İdman.Biz xəbər verir ki, Özbəkistanın paytaxtında keçirilən “Böyük dəbilqə” turnirində yığmamız dörd qızıl, bir gümüş və iki bürünc medal qazanaraq kişilərin medal sıralamasında hətta yaponları da qabaqlayıb və birinci yeri tutub.

Start xüsusilə gur alınıb. 60 kq çəki dərəcəsində final tamamilə Azərbaycan cüdoçuları arasında baş tutub: Əhməd Yusifov və Balabəy Ağayev həlledici görüşdə üz-üzə gəliblər və qızıl medal Yusifovun olub. “Böyük dəbilqə” səviyyəsində belə daxili final sistemin gücünün göstəricisidir, təsadüfi uğurun deyil.

Daha sonra nəticəyə xüsusi çəki verən qələbələr gəlib. Ömər Rəcəbli 81 kq çəki dərəcəsində turnirin qalibi olub, yetkin və soyuqqanlı mübarizə nümayiş etdirib. 90 kq-da Murad Fətiyev bəlkə də Azərbaycan üçün turnirin ən statuslu qələbəsini qazanıb – o, finalda ikiqat Olimpiya çempionu Laşa Bekaurini məğlub edib. Bu, sadəcə qazanılmış görüş deyil, ən titullu rəqiblərlə rəqabət aparmağa və qalib gəlməyə hazır olmağın təsdiqi idi.

100 kq-dan yuxarı ağır çəkidə gənc Kənan Nəsibov parlaq çıxış edərək turnirin çempionu olub. Eyni çəki dərəcəsində Camal Qamzatxanov bürünc medal qazanaraq yığmanın ikiqat uğuruna töhfə verib. 100 kq çəki dərəcəsində isə Olimpiya çempionu Zelim Kotsoyev daha bir bürünc medal əldə edib. Ümumilikdə yeddi medal və kişilərin sıralamasında liderlik düşünülmüş və sistemli işin nəticəsi olub.

Lakin hər şey problemsiz keçməyib. Hidayət Heydərov 73 kq çəki dərəcəsində rəsmi çəki ölçümündə limiti keçə bilmədiyi üçün yarışa buraxılmayıb. Azərbaycan Cüdo Federasiyası idmançıya intizam tədbirləri tətbiq edib. Onun 2024-cü ildəki parlaq qələbələri fonunda bu hal xüsusilə narahatedici görünür. Ötən mövsüm o, cəmi bir turnirin qalibi olub, digər iri yarışlarda isə uğursuz çıxış edib. Əgər intizam və çəki problemi davam edərsə, 2024-cü ildə Olimpiya və dünya çempionu olduğu uğurları təkrarlamaq çətin olacaq. Dünya səviyyəsi belə səhvləri bağışlamır.

Bununla belə, Daşkənd əsas mesajı verdi: Azərbaycan cüdosu bu gün bir addan asılı deyil. Olimpiya çempionları çətin dövr yaşadığı vaxtda belə, dünya tatamisinə yeni döyüşçülər çıxır və qızıl qazanırlar. Bu, yetkin məktəbin və düşünülmüş strategiyanın göstəricisidir. Azərbaycan Daşkənddə təkcə medal qazanmadı, həm də dərinliyini, xarakterini və gələcəyə inamını nümayiş etdirdi.

Bu baxımdan Kənan Nəsibov xüsusilə diqqət çəkir. Gənc ağır çəki Azərbaycan cüdo məktəbinin 100 kq-dan yuxarı çəki dərəcəsində “Böyük dəbilqə”də qızıl qazanan ilk yetirməsi oldu. O, finalda tataminin sahibi Əlişer Yusupovu məğlub edərək tribunaların təzyiqinə və rəqibin statusuna tab gətirdi. Nəsibov daha əvvəl gənclər arasında Avropa çempionu olmuş və Qran-pri mərhələsinin qalibi kimi ad çıxarmışdı. İndi isə dünya ağır çəkisi səviyyəsində də öz sözünü dedi.

Məhz belə hekayələr sistemin dayanıqlığını formalaşdırır. Titullu liderlərin arxasında böyük adlardan və iri arenalardan çəkinməyən yeni nəslin yetişməsi məktəbin düzgün və perspektivli istiqamətdə işlədiyini göstərir. Daşkənd sübut etdi ki, Azərbaycan cüdosunun təkcə şanlı - hər nə qədər yaxın keçmiş olsa da – tarixi və məşhur çempionları yox, həm də ölkəni uzun illər dünya liderləri sırasında saxlaya biləcək yeni nəsli var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Mart 2026 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see352

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see333

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see313

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see307

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see305

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see297

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see288

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see272

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see272

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see257

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see251

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see242

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see233

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see229

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see228

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see226

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see222

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see217

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see214

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri