Icma.az
close
up
RU
Daşkəsən də xəzinəmizə qızıl verir

Daşkəsən də xəzinəmizə qızıl verir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

“Gilar” yatağının ehtiyatı 255 min unsiyadır

Ölkəmizdə qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo Asian Mining Plc.” şirkəti bu ilin may ayında Daşkəsən rayonunda yerləşən “Gilar” qızıl yatağında tammiqyaslı hasilata başlamağı planlaşdırır.

Şirkətdən verilən məlumata görə, cari ilin mart ayında ilk filiz hasilatına başlanıldığı “Gilar” mədəninin “4-cü zona”sında hazırda işlər uğurla davam etdirilir. Burada filiz ehtiyatları 2,4 milyon ton həcmində qiymətləndirilir. Filiz ehtiyatlarında misin miqdarı 1,47 faiz, qızılın miqdarı isə 1,78 q/t təşkil edir. “Anglo Asian Mining Plc.” şirkətinin bir qədər əvvəl yaydığı məlumatda qeyd olunub ki, yaxın aylarda “Gilar”da istehsalın tədricən artırılması və aylıq 50-60 min ton filiz hasilatına nail olunması planlaşdırılır. Ümumilikdə isə, bu il sözügedən yataqdan, təxminən, 400 min ton filiz hasil edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, “Gilar” yatağı Gədəbəy müqavilə sahəsində şirkətin emal obyektlərindən, təxminən, 7 kilometr məsafədə yerləşir. Yatağın JORC standartı üzrə ümumi mineral ehtiyatları 54 min ton mis və 255 min unsiya qızıl təşkil edir.

Böyük Britaniya şirkəti hazırda “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. 1997-ci il avqust ayının 21-də imzalanmış müqavilə 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51 faiz, “Anglo Asian Mining PLC” şirkətinin isə 49 faiz təşkil edir. Bütövlükdə isə, hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.

Bir məqamı da qeyd edək ki, Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan “Anglo Asian Mining PLC” şirkəti 2025-ci ilin birinci rübündə 8,085 min unsiya qızıl ekvivalentində qiymətli metal hasil edib. Bu isə 2024-cü ilin müvafiq dövrünün göstəricisindən 3,2 dəfə çoxdur. Şirkət hesabat dövründə 6,029 min unsiya qızıl (artım 2,7 dəfə), 534 min ton mis (artım 9,9 dəfə) və 30,321 min unsiya gümüş (artım 4,7 dəfə) hasil edib. Yanvar-mart aylarında “Gədəbəy” yatağından 5,758 min unsiya qızıl (artım 2,54 faiz) və 8,212 min unsiya gümüş (artım 5,4 dəfə) hasil olunub.

“Anglo Asian Mining PLC” şirkətinin məlumatına əsasən, 2025-ci ilin ilk rübündə dünya bazarlarında qızıl külçə satışları 4,753 min unsiya (artım 21,1 faiz), orta satış qiyməti isə 2,843 min ABŞ dolları/unsiya təşkil edib. Ötən ilin yanvar-mart aylarında isə şirkət tərəfindən qızıl külçənin bir unsiyasının orta satış qiyməti 2,08 min dollara bərabər olub. Ümumilikdə isə, Böyük Britaniya şirkəti bu ilin ilk 3 ayında qızıl satışından 13,5 milyon dollar gəlir əldə edib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 5,3 milyon dollar və ya 65,4 faiz çoxdur.

Şirkət bu il martın 31-i tarixinə ümumi dəyəri 7,1 milyon ABŞ dolları olan satılmamış qiymətli metal ehtiyatlarına malik olub. Eyni zamanda, istehsalçı şirkətin nağd pul vəsaitlərinin həcmi 12,5 milyon dollar (31 dekabr 2024-cü il tarixinə 7,1 milyon dollar), xalis borcu isə 8,8 milyon dollar (31 dekabr 2024-cü il tarixinə 14,8 milyon ABŞ dolları) təşkil edib.

Strateji inkişaf planına əsasən, “Anglo Asian Mining Plc.” şirkəti 2029-cu ilə qədər orta səviyyəli çoxprofilli mis və qızıl istehsalçısına çevrilməyi planlaşdırır. Həmin vaxta qədər mis şirkətin əsas məhsulu olacaq və hasilat, təqribən, 50-55 min ton həcmində proqnozlaşdırılır. Şirkət bu artıma 2025-2029-cu illərdə “Zəfər”, “Gilar”, “Xarxar” və “Qaradağ” yataqlarında 4 yeni mədənin istismara verilməsi hesabına nail olmaq niyyətindədir.

Yeri gəlmişkən, 2025-ci ilin ilk üç ayında Azərbaycanda faydalı qazıntıların hasilatı üzrə uğurlu nəticələr əldə edilib. Hesabat dövründə ölkədə qızıl, gümüş və mis kimi dəyərli metalların istehsalında ciddi artım müşahidə olunub. Statistik məlumatlara əsasən, qızıl hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 75 faizdən çox artaraq 749,4 kiloqrama yüksəlib. Bu, son dövrlərin ən yüksək göstəricilərindən biri hesab oluna bilər. Hazırda ölkədə qızıl ehtiyatı 100,1 kiloqram təşkil edir.

Ölkədə gümüş hasilatında da nəzərəçarpan artım qeydə alınıb. Bu ilin birinci rübündə 1135,9 kiloqram gümüş hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Gümüş ehtiyatı isə 685,9 kiloqram səviyyəsindədir.

Hesabat dövründə ölkə üzrə mis konsentratı hasilatı 531,3 ton təşkil edib. Bu növ məhsul üzrə isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,8 dəfə artım baş verib. Bu sahədə hazır məhsul ehtiyatı 176,4 ton təşkil edir.

Göründüyü kimi, son illər Azərbaycanda yeraltı sərvətlərdən daha səmərəli şəkildə istifadə olunur ki, bu da ölkənin ixrac potensialının artırılmasına müsbət təsir göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Aprel 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri