Icma.az
close
up
RU
Daşkəsəndə 8 Mart Beynəlxalq Qadınlar Günü təntənəli bayram tədbiri ilə qeyd olunub

Daşkəsəndə 8 Mart Beynəlxalq Qadınlar Günü təntənəli bayram tədbiri ilə qeyd olunub

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Martın 7-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Daşkəsən rayon Komitəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Daşkəsən rayon Komitəsinin birgə təşkilatçılığı ilə Daşkəsən rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallığı ilə seçilən xanımlar, şəhid ailələrinin xanım üzvləri və ictimaiyyət nümayəndləri iştirak ediblər. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suvrenliyi uğrunda həlak olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın simasında qadınları təbrik edib, onlara xoş arzularını çatdırıb. İcra başçısı çıxışında vurğulayıb ki, müstəqil Azərbaycan Respublikasının dövlət-qadın siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə qadın hərəkatı inkişaf etmiş, mütəşəkkil xarakter almış, bir çox yeni qadın təşkilatları təsis edilmiş, qadınlar ictimai-siyasi həyata, qərar vermə proseslərinə geniş cəlb olunmuşdur. Təməl prinsiplərini Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətimizin qadın siyasəti bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə uğun yeni meyarlarla zənginləşdirilərək uğurla davam etdirilir. Prezident cənab İlham Əliyevin rəhəbərliyi ilə həyata keçirilən dövlət-qadın siyasəti nəticəsində Azərbaycan qadınlarının cəmiyyətin bütün sahələrində fəal iştirakı təmin edilmiş, onların hüquqlarının qorunması və gender bərabərliyinin reallaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti çox hörmətli Mehriban xanım Əliyeva da öz geniş fəaliyyəti ilə ölkəmizdə və beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın simasında dünya dövlətlərinə dərin bilikli və yüksək intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist, xeyirxah Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban xanım Əliyevanın gördüyü işlərin mühüm göstəricisi Heydər Əliyev Fondunun timsalında əks olunmuşdur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həm də sülh carçısıdır. Beynəlxalq ictimaiyyət onu insanlar arasında ayrı-seçkiliyin aradan qaldırılması, sivilizasiyalararası dialoqun möhkəmlənməsi, zor və təhdidlərə qarşı mübarizliyin obrazı kimi tanıyır. Mehriban xanım Əliyeva Qarabağ qazilərinə, şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərir, davamlı olaraq onların sosial qayğılarını həll edir. Eyni zamanda Mehriban xanım Əliyeva zəngin mədəniyyətimizin, tarixi dəyərlərimizin hamisidir.

Onun bu nəcib missiyasında daha bir qürurverici tarixi dönəm başlamışdır. Cənab Prezidentimizlə birgə işğaldan azad olunmuş Qarabağa və Şərqi Zəngəzura səfərlər edən Mehriban xanım Əliyeva bu torpaqlarda yeni həyat quruculuğuna, həmçinin bu ərazilərdə maddi-mədəni, tarixi-dini abidələrimizin bərpasına böyük töhfələr verir.

Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Sevil Ələsgərova, şəhid anası Sevda Şıxıyeva, Daşkəsən rayon Mədəniyyət Mərkəzinin direktoru Mətanət Abdullayeva, Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova çıxışlarında bildiriblər ki, Azərbaycan qadınları tarixin bütün mərhələlərində öz şücaəti, ziyalılığı, cəsurluğu və möhkəm iradəsi ilə yalnız ailədə deyil, ictimai həyatda da xüsusi fəallıq göstərmiş, milli xüsusiyyətlərini, sədaqətliliyini və  ülvi hisslərini qoruyub saxlamışdır. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə ictimai həyatın bütün sahələrində qadınlar üçün bərabər imkanlar yaradılmışdır. Hazırda ölkəmizdə elə bir fəaliyyət sahəsi yoxdur ki, orada qadınlarımız təmsil olunmasın və uğur qazanmasın. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət-qadın siyasətinə sadiq qalan, Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşən daşkəsənli qadınlar da ölkəmizin ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edir, öz töhfələrini əsirgəmirlər.

Rəsmi hissədən sonra incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təqdim edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Mart 2025 21:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see300

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see195

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see195

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see190

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see183

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see182

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see159

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see152

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see139

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see129

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see126

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri