Icma.az
close
up
RU
Daşkəsəndə akademik Zərifə Əliyevanın xatirəsi anılıb, kitab sərgisi keçirilib

Daşkəsəndə akademik Zərifə Əliyevanın xatirəsi anılıb, kitab sərgisi keçirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Daşkəsən, 28 aprel, Vüsalə Cənnətova, AZƏRTAC

Daşkəsəndə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyi münasibəti ilə tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, rayon Heydər Əliyev Mərkəzinin, “Daşkəsən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.

Çıxışlarda akademik Zərifə Əliyevanın həyat yolu və elmi fəaliyyətindən geniş bəhs edilib. Vurğulanıb ki, Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. Ömrünü insanlara işıq bəxş etməyə həsr etmiş alim göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, nadir elmi əsərlərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə Əliyeva müəllimlik fəaliyyətinə də böyük əmək sərf edib. Alimin rəhbərliyi və qayğısı ilə həkim-oftalmoloqlar nəsli yetişib. Azərbaycan oftalmologiya elmini dünyada tanıdan Zərifə Əliyevanın zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.

Zərifə Əliyeva insanların gözlərinə nur bəxş etmiş həkim-oftalmoloq, vətənpərvər alim, xeyirxah insan, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, cəfakeş ana kimi bu gün xatirələrdə yaşayır.

Tədbirdə görkəmli oftalmolo-alim Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub və “Akademik Zərifə xanım Əliyeva – 102” adlı kitab sərgisinə baxış keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see391

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see296

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see243

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see199

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see198

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see182

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see182

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see170

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see163

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see159

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see158

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see146

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri