Icma.az
close
up
RU
Daşkəsəndə yerli sahibkarlarla görüş keçirildi Foto

Daşkəsəndə yerli sahibkarlarla görüş keçirildi Foto

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“AzerGold” QSC tərəfindən Daşkəsən rayonunda sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərlə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətində təşkil olunan görüşdə rayon başçısının müavini Vüqar Məmmədov, “AzerGold” QSC-nin Satınalmalar və təchizat zəncirinin idarəolunması şöbəsinin müdiri Əminağa Dadaşov, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri, eləcə də yerli sahibkarlar iştirak ediblər.

Görüş Daşkəsən rayonunda aktiv hasilat və istehsalat fəaliyyəti həyata keçirən “AzerGold” QSC-nin milli qanunvericiliyin tələbləri, mütərəqqi beynəlxalq təcrübə əsasında təşkil etdiyi satınalma müsabiqələrində yerli sahibkarların iştirakının təşviq edilməsi məqsədilə təşkil edilib. 

Görüşdə Səhmdar Cəmiyyətinin tətbiq etdiyi “Satınalma qaydaları” haqqında sahibkarlara geniş məlumat verilib, müsabiqələrə müraciət qaydası, iştirak proseduru ətraflı izah edilib.

Tədbir iştirakçılarına, həmçinin satınalmalarda iştirakın planlaşdırılması, ixtisas uyğunluğu göstəriciləri, müqavilənin icrası, satınalma sənədləri, təkliflərin təqdim edilməsi və qiymətləndirilməsi, nəticələrin öyrənilməsi və prosesə nəzarət mexanizmləri barədə müfəssəl məlumatlar verilib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən sistemli və ardıcıl tədbirlər, qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi və vergi güzəştlərinin tətbiqi istiqamətində görülmüş işlər nəticəsində sahibkarlar üçün geniş imkanlar yaradılıb.

Bu imkanlardan maksimum yararlanmaq, regionlarda məşğulluğun, iqtisadi aktivliyin artırılması, bölgənin iqtisadi rifahına davamlı töhfələrin verilməsi üçün mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri satınalma proseslərində daim fəal iştirak etməlidirlər.
Sonda sahibkarlarla fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Fevral 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri