Icma.az
close
up
RU
Daşkəsəndən yayılan görüntülər narazılıq yaratdı: icra hərəkətə keçdi FOTOLAR

Daşkəsəndən yayılan görüntülər narazılıq yaratdı: icra hərəkətə keçdi FOTOLAR

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Daşkəsən rayonunda Qoşqar çayı ətrafındakı sahə zibilliyə çevrilib. Bununla bağlı redaksiyamıza həmin ərazidən çəkilən fotolar göndərilib. Görüntülərdə aydın görünür ki, çay yatağı plastik qablar, karton qutular, torbalar və digər tullantılarla doludur. Yerli sakinlər və ətraf mühit fəalları vəziyyətin ekoloji təhlükə yaratdığını bildirirlər. Ekoloqlar qeyd edirlər ki, bu, təkcə suyun keyfiyyətinə təsir etmir, həm də heyvan və bitki həyatını təhlükəyə atır.

Tullantılar niyə təmizlənmir və aidiyyəti qurumlar bu prosesi icra etmir? Yerli icma və vətəndaşlar ətraf mühitin qorunmasına necə cəlb edilə bilər?

Globalinfo.az-a danışan Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev deyib ki, çay yataqları mütəmadi olaraq təmizlənir, lakin bəzən müəyyən ərazilər gözdən kənarda qala bilir:

“Ola bilsin, həmin ərazi də nəzərimizdən yayınıb. Avqust ayında bu istiqamətdə bir sıra aksiyalar keçirilib, əhali arasında ətraf mühitin zibillənməməsi və qorunması ilə bağlı maarifləndirmə işləri aparılıb. Bunun üçün mütəmadi qaydada bukletlər paylanır, məlumatlandırıcı tədbirlər təşkil olunur. Lakin ən effektiv nəticə könüllülərin prosesə cəlb edilməsidir. Onlara zəruri sanitar ləvazimatlar təqdim edildikdə insanlar könüllü şəkildə təmizlik aksiyalarına qoşulurlar. Təəssüf ki, yeni nəsil arasında ətraf mühitə qarşı müəyyən laqeydlik müşahidə edilir: sakinlər tullantını ətrafa atır, lakin onu toplamağa maraq göstərmirlər”.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) mətbuat katibi Xanlar Mehdiyev bildirib ki, aidiyyəti məsələ qurumun nəzarətindədir:

“Əməkdaşlarımızın iştirakı ilə məsul qurumlar əraziyə cəlb olunub və tullantılar tam təmizlənib. Su obyektlərinin çirkləndirilməsinin qarşısının alınması məqsədilə icra strukturları, bələdiyyələr və müvafiq sahibkarlıq subyektlərinə xəbərdarlıq edilib”.

Həmçinin oxuyun:

Qarabağ suvarma kanalı ilə bağlı yaradılan işçi qrupunun növbəti iclası keçirildi – FOTOLAR

“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Nərminə Qəribova isə qeyd edib ki,  belə hallar təəssüf doğurur:

“COP29 ilə bağlı olaraq bir il əvvəl “Evimiz təmiz olsun” layihəsinə start verdik. Bu çərçivədə üzvlərimiz zibillənmiş ərazilərin foto və məkan məlumatlarını bizə göndərirdilər, biz də onları aidiyyəti qurumlara yönləndirərək təmizlənməsini xahiş edirdik. Sanki qurumlara vəziyyəti göstərməyənə qədər özləri görmür. Burada həm vətəndaş məsuliyyətsizliyi, həm də qurumların nöqsanları var. Regionlarda zibil qutuları demək olar yoxdur. İstirahətə gedən insanlar toplanan tullantıları ya yandırmalı, ya da ətrafa atmalı olur. Yəni mövcud vəziyyətdə məsuliyyət hamımızın üzərindədir.

Maraqlıdır ki, şəxsi evlərimizin təmizliyi və gigiyenasına görə dünyada ən yüksək sıralardayıq. Amma ətraf mühit və təbiətə qarşı münasibətimiz eyni səviyyədə deyil. Lakin təbiətimizi qorumalı və onu gələcək nəsillərə layiqincə təbliğ etməliyik. Maarifləndirmə tədbirləri yalnız gənclərlə deyil, kiçik yaşlı övladları olan valideynlərlə də aparılmalıdır”.

Təmizlik işinin gedişatı

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Avqust 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri