Icma.az
close
up
RU
Daşkəsənin icra başçısı hesabat iclasını keçirdi FOTOLAR

Daşkəsənin icra başçısı hesabat iclasını keçirdi FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Yanvarın 14-də Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının 2025-ci ilin yekunları ilə bağlı geniş tərkibli hesabat iclası keçirilib.

"Unikal" xəbər verir ki, iclasda Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Regionların sosial-iqtisadi inkişafının təhlili sektorunun müdiri Müşfiq Osmanov, RİH Başçısı yanında Şuranın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyələr, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri və rayon fəalları iştirak ediblər.

Əvvəlcə iclas iştirakçıları Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar, Ulu Öndərin əziz xatirəsini ehtiramla anıblar.
Sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında iclas öz işinə başlayıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov iclası giriş sözü ilə açaraq hesabat məruzəsi ilə çıxış edib, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Daşkəsən rayonunda əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr haqqında məlumat verib. 

İcra başçısı Orxan Abbasovun geniş nitqindən sonra məruzə ətrafında şəhid anaları Sevda Şıxıyeva, Aybəniz Abdullayeva, rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev və digərləri çıxış ediblər, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər, qarşıda duran vəzifələrdən danışıblar.

Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Regionların sosial-iqtisadi inkişafının təhlili sektorunun müdiri Müşfiq Osmanov da çıxış edərək, 2025-ci ildə Daşkəsən rayonunda qazanılmış nailiyyətlər və cari ildə həlli vacib məsələlər barədə fikirlərini bildirib.

İclasın sonunda 2025-ci ildə rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fərqlənmiş bir qrup şəxsə Daşkəsən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 Yanvar 2026 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri