Daşqından 10 gün sonra möcüzə
Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Nepalda xilasedicilər dağıdıcı daşqından 10 gün sonra hidroelektrik stansiyanın tunelindən Çin vətəndaşını sağ çıxarıblar.
Bu barədə Associated Press ölkənin Baş nazirlik aparatına istinadən məlumat yayıb.
Çin vətəndaşı Trishuli hidroelektrik stansiyası layihəsinə aid 225 metrlik tuneldə aşkarlanıb. Xilasetmə əməliyyatı Nepal hərbçiləri və Cənubi Koreyadan olan mütəxəssislərin birgə iştirakı ilə həyata keçirilib. Kişi tuneldən çıxarıldıqdan sonra helikopterlə tibbi müayinəyə aparılıb.
O, Trishuli çayı ərazisindəki hidroenergetika obyektlərinin tunellərindən sağ xilas edilən üçüncü işçi olub. Bir gün əvvəl Trishuli 3A stansiyasının tunelindən təxminən doqquz gün yerin altında qalan iki Nepal vətəndaşı xilas edilib.
Hakimiyyətin məlumatına görə, bölgədəki 12 hidroenergetika obyektində çalışan təxminən 900 işçi hələ də itkin hesab olunur. Onlardan təxminən 500-nün tunellərdə ola biləcəyi bildirilir.
Avqustun 26-da baş verən və ehtimal ki, buzlağın çökməsi nəticəsində yaranan daşqın ən azı 1,3 min nəfərin ölümünə səbəb olub, 5 mindən çox insan isə itkin düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 05 Sentyabr 2026 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















