Icma.az
close
up
RU
Davamlı inkişaf fonunda yeni hədəflər

Davamlı inkişaf fonunda yeni hədəflər

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Məşhur Məmmədov
Milli Məclisin deputatı

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən sonra dövlət başçısı İlham Əliyevin uzaqgörən siyasəti sayəsində azad olunmuş torpaqlarımızda həyatın yenidən canlanması, şəhər və kəndlərin müasir üslubda qurulması prosesi sürətlə davam edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, infrastruktur layihələrinin həyata keçirilməsi, yeni yaşayış massivlərinin və sosial obyektlərin inşası bu gün Azərbaycanın qüdrətinin, dövlət siyasətinin əsas prioritetinin və milli iradənin təcəssümüdür.
Bu prosesin ən parlaq nümunələrindən biri də Zəngilan rayonudur. Uzun illər işğal altında qalan, kəndləri, şəhəri, mədəni irsi məhv edilən bu torpaq bu gün Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun birbaşa dəstəyi ilə yenidən qurulur.
Zəngilan bu gün yenidən dirçəlişin, milli iradənin və dövlət siyasətinin təntənəsinin rəmzidir. Bu torpaq artıq yalnız işğaldan azad olunmuş ərazi deyil, həm də müasir şəhərsalma ideyalarının, ekoloji və ağıllı kənd konsepsiyasının, eyni zamanda, milli-mənəvi dəyərlərimizin dirçəliş məkanıdır.
Prezident İlham Əliyev Zəngilana hər səfəri ilə yeni bir inkişaf səhifəsi açıb. Bu səfərlər sadəcə rəmzi xarakter daşımır, konkret layihələrin təməlini qoyur, dövlətin məqsədyönlü fəaliyyətinin real göstəricisinə çevrilir. 2020-ci ilin dekabrında Azərbaycan bayrağının Zəngilan şəhərində ucaldılması ilə başlayan bu proses 2024-cü ildə Zəngilan məscidinin, “Ağalı” hotelinin və yeni sənaye-infrastruktur obyektlərinin açılışı ilə daha da gücləndi.
Bu gün Zəngilan həm iqtisadi, həm sosial, həm də mənəvi baxımdan yenidən formalaşır. Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Zəngilan şəhər məscidi yalnız dini ibadət məkanı deyil, həm də xalqımızın milli iradəsinin, mədəni dirçəlişinin rəmzidir. XIX əsrə aid olan, erməni vandallığı nəticəsində tövləyə çevrilmiş bu məbədin bərpası mənəvi qələbəmizin ən parlaq ifadələrindən biridir.
Bütün bu layihələr – “Ağıllı kənd”, “Dost Aqropark”, Zəngilan Beynəlxalq Hava Limanı, yeni yaşayış kompleksləri və sosial infrastruktur obyektləri Prezident İlham Əliyevin “Böyük Qayıdış” siyasətinin konkret nəticələridir. Bu siyasət təkcə bərpa deyil, həm də gələcəyə hesablanmış strateji inkişaf modelidir.
Zəngilan artıq təkcə Azərbaycan üçün deyil, bütün region üçün yenidənqurma modelidir. Burada həyata keçirilən layihələr dövlətin iqtisadi gücü, siyasi iradəsi və vətəndaşa qayğısı ilə birləşib.
Zəngilan rayonunun azad edilməsindən sonra həyata keçirilən quruculuq və bərpa işləri yalnız şəhərin fiziki görüntüsünü dəyişməyib, həm də bölgənin sosial-iqtisadi inkişafına yeni nəfəs gətirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” layihəsi çərçivəsində rayonun Ağalı kəndində yaradılan pilot layihə — 200 evdən ibarət müasir kənd kompleksi, təkcə yaşayış üçün deyil, həm də innovativ texnologiyalar, ekoloji enerji sistemləri və informasiya-kommunikasiya xidmətləri ilə əhatə olunmuş nümunəvi yaşayış məkanıdır.
“Ağıllı kənd” layihəsi çərçivəsində evlər yüksək keyfiyyətli izolyasiya materialları ilə tikilmiş, istilik və su təminatı üçün günəş panelləri, kombinə edilmiş istilik sistemi və hidro-elektrik turbinlər quraşdırılmışdır. Hər bir evin enerji və istilik sərfiyyatı minimuma endirilmiş, əhalinin həyat şəraiti komfort və müasir standartlara uyğunlaşdırılmışdır. GPON texnologiyası ilə yüksək sürətli internet, video müşahidə sistemləri və digər rəqəmsal xidmətlər kənd sakinlərinin rahatlığını təmin edir.
Rayonun iqtisadi potensialının artırılması istiqamətində həyata keçirilən “Dost Aqropark” layihəsi Azərbaycan və Türkiyə şirkətlərinin birgə təşəbbüsü olaraq, kənd təsərrüfatı sahəsində əhəmiyyətli iş yerlərinin yaradılmasını nəzərdə tutur. Layihənin bütün mərhələlərinin başa çatdırılması ilə 6 min hektar sahədə bitki mənşəli məhsullar istehsal olunacaq, 10 min baş cins heyvan yetişdiriləcək, 100 min ton tutumlu anbar və inteqrasiya olunmuş ət emalı müəssisəsi qurulacaq. “Aqro Market” vasitəsilə Qarabağda istehsal olunan məhsulların dünya bazarına çıxarılması da təmin olunacaq.
Eyni zamanda, Zəngilanın turizm potensialının inkişafı üçün tədbirlər görülür. 2024-cü il may ayında Ağalı kəndində açılan “Ağalı” hoteli süni gölün sahilində yerləşir və bölgəyə turizm axınının artırılmasına xidmət edir. Tarixi və dini abidələrin bərpası, o cümlədən Zəngilan şəhər məscidinin inşası, turizm və mədəni irsin qorunmasına xüsusi töhfə verir.
Strateji infrastruktur layihələri də rayonun inkişafında həlledici rol oynayır. Zəngilan Beynəlxalq Hava Limanı və Horadiz-Zəngilan-Ağbənd avtomobil yolu bölgənin nəqliyyat qovşağı kimi formalaşmasına imkan yaradır. Bu infrastruktur layihələri yalnız iqtisadiyyatı gücləndirmir, həm də regionlararası əlaqələrin inkişafına şərait yaradır, Naxçıvanla birbaşa yol əlaqəsini təmin edir.
Bütün bu layihələr göstərir ki, Zəngilanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgəyə gətirilən hər bir infrastruktur, hər bir sosial obyekt, hər bir yaşayış kompleksi, həm də vətəndaşın rifahının yüksəldilməsinə xidmət edir.
Zəngilan artıq təkcə azad olunmuş torpaq deyil, həm də Azərbaycanın sosial-iqtisadi və mədəni inkişaf modelini nümayiş etdirən parlaq nümunədir.
Ölkə rəhbəri İlham Əliyevin Zəngilana səfərləri bu proseslərin hər mərhələsində diqqət mərkəzində olmuşdur. 23 dekabr 2020-ci ildə Zəngilan şəhərində Azərbaycan bayrağının qaldırılmasından başlayaraq, 2021-2024-cü illər ərzində məscidlərin, “Ağıllı kənd” layihəsinin, Beynəlxalq Hava Limanının və digər sosial-iqtisadi obyektlərin açılış mərasimlərində Prezident İlham Əliyevin iştirakı dövlət siyasətinin davamlılığını və konkret nəticələrini göstərir.
Bütün bu tədbirlər Zəngilanın həm mədəni, həm iqtisadi, həm də sosial baxımdan dirçəlişinin göstəricisidir. Sevindirici haldır ki, bu gün Zəngilan Azərbaycan dövlətinin qüdrətinin və xalqın birliyinin simvolu olaraq təkcə bölgədə deyil, bütün ölkədə nümunəvi inkişaf modeli kimi təqdim olunur.
Zəngilanın yenidən qurulması və inkişafı göstərir ki, torpaqların işğaldan azad edilməsi təkcə hərbi qələbə deyil, həm də milli-mənəvi və sosial-iqtisadi zəfərin başlanğıcıdır. Bu zəfərin arxasında Prezident İlham Əliyevin rəhbərliyi, dövlət siyasətinin ardıcıllığı və xalqımızın birliyi dayanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 Oktyabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri