Icma.az
close
up
RU
Davamlı sabitlik bütün sahələr üzrə inkişafa zəmin yaradır

Davamlı sabitlik bütün sahələr üzrə inkişafa zəmin yaradır

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Qədim Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatıının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü TDT-yə daxil olan bütün dövlətlər üçün mühüm hadisədir. Bu mötəbər tədbirdə müzakirə edilən məsələlər, qəbul edilmiş qərarlar yalnız bu birliyə daxil olan dövlətlərin maraqları və təsirləri ilə məhdudlaşmır, yeni dünya düzəninin formalaşdığı zamanda özünə layiq yer almaq istəyən bütün dövlətlərə təsir edə biləcək mühüm hadisə olaraq dəyərləndirilir. Türk dövlətlərinin bir araya gələrək bir təşkilatda birləşməsi, xalqımızın keçmiş tarixinin acı dərslərindən düzgün nəticə çıxararaq, gələcəyimizin etibarlı təminat altında alınması baxımından dəyərləndirilməlidir. Dünyada mövcud olan yüzlərlə xalq arasından tarixdə izi və sözü ilə qalan nadir xalqıardan biri məhz türk xalqıdır. Tarix bizə elm olaraq zamanı düzgün dəyərləndirmək, mühüm qərarların qəbulu üçün istinad ediləcək əsas mənbədir. Tarixdə türk xalqların intibah dövrü, möhtəşəm imperiyalara sahib olması ilə yanaşı bir-biri ilə amansız müharibələr nəticəsində süquta uğramaları tarixi həqiqətlərdir. Qısa şəkildə ifadə olunan bu tarixi həqiqətlər türk xalqları arasında hər tərəfli əlaqələrinin qurulmasını zəruri etmişdir.XX əsrin sonunda türk dövlətlər birliyini yaradılması istiqamətində ilk təşəbbüs göstərən Ümummilli Lider Heydər Əliyev olmuşdur. Ulu Öndərin başladığı bu siyasi kurs dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Türk dövlətlərinin vahid bir təşkilatda birləşməsinin təmin edilməsində əsas aparıcı şəxslər olaraq Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xidmətləri misilsizdir. Məhz hər iki Lider bir araya gələrək qətiyyət nümayiş etdirdi və digər türk dövlətlərin başçılarını inandıra, bir araya gəlmələrini təmin edə bildilər. Türk Dövlətləri Təşkilatıının yaradılması xeyli zaman aldı. Əvvəlcə Türkdilli Dövlətlər Təşkilatı adı ilə yaradıldı. Adından bəlli olduğu kimi bu birliyyə daxil olan dövlətlərin türk dövlətləri deyil, türk dilində danışan xalqların dövlətlərin birliyi anlamını daşıyırdı. Türk dilində danışmaq, hələ türk olmaq demək deyildir.Zirvə Görüşündə Prezident İlham Əliyev bildirib: “Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir”.

Ölkəmiz təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürmüşdür. Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir.
Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.
Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir.
Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm. Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir.
Beləliklə, TDT-nin dünyanın ən nüfuzlu beynəlxalq təşkilatından birinə çeviriləcəyini əminliklə qeyd edə bilərik. Çünki bu birlik tarixi köklərə, səmimi münasibətlərə, gələcəyimizin etibarlı şəkildə müdafiə edilməsinin təmin olunmasına əsaslanır.

Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri