Davit Volkov Azərbaycan Premyer Liqasında 200 cü oyununu keçirdi
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
Misli Premyer Liqasının XXXI turu "Zirə"nin futbolçusu Davit Volkov üçün əlamətdar olub.
Fanat.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, o, turnirdə 200-cü oyununu keçirib.
Gürcüstanlı legioner "İmişli" ilə səfər matçının (0:0) 61-ci dəqiqəsində meydana daxil olub. Hücumçu 200 görüşdə 60 qola imza atıb.
Debütü 2018/2019 mövsümünə təsadüf edən Volkov Premyer Liqada üç klubda çıxış edib. O, "Qəbələ"də 27 (7 qol), "Sabah"da 63 (16 qol), "Zirə"də 110 (37 qol) matçın iştirakçısı olub.
Qeyd edək ki, Davit Premyer Liqada 200-cü oyunu cari mövsümə təsadüf edən 5-ci futbolçudur. Onadək Filip Ozobiç, Elvin Bədəlov, Elvin Yunuszadə və Abdullah Zubir buna nail olub.
Bu mövzuda digər xəbərlər:Davit Volkov Azərbaycan Premyer Liqasında 60 cı qolunu vurdu
28 Aprel 2026 13:23
Davit Volkov Premyer Liqada 50ci qolunu vurub
02 Dekabr 2024 21:25
Ülvi İsgəndərov Azərbaycan Premyer Liqasında 200 cü oyununa çıxıb
08 Noyabr 2026 15:29
Afrikalı futbolçu Azərbaycan Premyer Liqasında 100 cü oyununu keçirib
27 Oktyabr 2025 11:07
Azərbaycan Premyer Liqasında XXIX tur
05 Aprel 2025 14:10
Baxış sayı:214
Bu xəbər 09 May 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















