Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Davos Forumu beynəlxalq statusunu qoruyan nüfuzlu platformadır

Davos Forumu beynəlxalq statusunu qoruyan nüfuzlu platformadır

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

1971-ci ildə yaradılan Davos Forumu ilk illər yalnız iqtisadi xarakter daşısa da, ötən əsrin 70-ci illərinin ortalarından etibarən geosiyasi proseslərin həllinə də töhfə verməyə başladı. Qısa zaman ərzində Forum dünya ölkələrinin etimad göstərdiyi nüfuzlu platformalardan birinə çevrildi və 1987-ci ildə Dünya İqtisadi Forumu statusunu qazandı. Bu gün Davos Forumu qlobal iqtisadi böhranların həlli ilə yanaşı, mürəkkəb siyasi proseslərin tənzimlənməsinə də öz töhfəsini verməkdədir.

Forumda aparılan müzakirələr və keçirilən panel iclasları bir daha göstərir ki, iqtisadi və siyasi problemlərin həlli, bu gün heç vaxt olmadığı qədər, bir-biri ilə sıx bağlıdır. Xüsusilə indiki mürəkkəb dövrdə müzakirələr aparılmadan və qarşılıqlı etimada söykənən dialoq mühiti qurulmadan əksər problemlərin həlli mümkünsüz görünür. Beynəlxalq hüququn asanlıqla unudulduğu, güc faktorunun dominantlıq təşkil etdiyi müasir dünyada yalnız belə müzakirələr ortaq beynəlxalq rəyin formalaşmasına və hətta ən kəskin qarşıdurmaların çözülməsinə töhfə verə bilər. Prezident İlham Əliyevin yanvarın 20-də Davosda “Euronews” televiziyasına verdiyi müsahibədə səsləndirdiyi bu fikir elə həmin reallığı əks etdirir: "Beləliklə, qeyd etdiyiniz kimi, beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu”. 

Cənab Prezident müsahibədə onu da xüsusi vurğuladı ki, istənilən ölkənin iqtisadi rifahında, dövlət maraqlarının və milli təhlükəsizliyinin qorunmasında sabitlik amili xüsusi çəkiyə malikdir. Danılmaz həqiqətlərdən biri də odur ki, əlverişli investisiya mühiti, təhlükəsizlik və sabitlik kimi meyarlar həm ölkənin iqtisadi tərəqqisində, həm də xarici sərmayələrin cəlb edilməsində həlledici rol oynayır. Azərbaycan Prezidentinin beynəlxalq auditoriyaya ünvanladığı mühüm mesajlardan biri də bu oldu ki, ölkəmiz üçün risklər yalnız kənardan qaynaqlana bilər. Azərbaycan həm də bu səbəbdən qonşu ölkələrdə sabitliyin dayanıqlı olmasında maraqlıdır. Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasında fikrini daha da inkişaf etdirərək, Serbiya Prezidenti Aleksandar Vuçiçin açıqlamasına bu cür münasibət bildirdi: “Biz beynəlxalq təsisatlara arxalanmamalıyıq. Mən Aleksandar ilə razılaşıram ki, bu gün vəziyyət heç vaxt olmadığı qədər mürəkkəbdir. Ancaq mən onun bədbinliyini bölüşmürəm, çünki vəziyyət nəzarətə götürülürsə, milli maraqlara və rəhbərlik etdiyin xalqa bağlılıq varsa, o zaman uğura nail olmaq mümkündür”.

Cənab Prezidentin mövqe əminliyinin arxasında Azərbaycanın son iki əsrlik tarixində üzləşdiyi acı həqiqətlər dayanır. Tarixi torpaqlarımızın zaman-zaman işğal və ilhaqı, haqq səsimizin eşidilməməsi, qaçqın və köçkünçülük həyatı təkcə son 30 ilin problemi deyildi. İstər ötən əsrin 80-ci illərinin sonu- sovetlər dönəmində, istərsə də müstəqillik dövründə üzləşdiyimiz ayrı-seçkilik tarixi ədalətsizliyin daha açıq müstəvidə və daha kobud şəkildə davamı idi. BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı məlum dörd qətnaməsinin 27 il kağız üzərində qalması, ATƏT-in Minsk qrupundakı keçmiş vasitəçilər üçlüyünün 28 il ərzində mandatını yerinə yetirməməsi və ya yetirmək istəməməsi tarixi ədalətsizliyin yalnız görünən tərəfidir. Prezident İlham Əliyevin beynəlxalq təsisatlarla bağlı açıqlamasının kökündə də elə bu həqiqətlər dayanır: “Onların heç biri biz vəziyyəti öz əlimizə alanadək həyata keçirilmədi. Biz özümüz bunu etdik. Biz ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, sonra isə sülhə nail olduq”.

Son səksən ildə bənzəri olmayan bu cür tam və mütləq Qələbə yalnız ona görə mümkün oldu ki, xarici təzyiq və təhdidlərin, ayrı-seçkilik və ikili standartlar siyasətinin qarşısında güclü Azərbaycan faktoru dayandı, milli maraqlara xidmət edən Lider qətiyyəti ümumxalq dəstəyi ilə bütövləşdi. Ötən il avqustun 8-də Vaşinqton razılaşmalarının imzalanması və sülh sazişinin paraflanması da ona görə mümkün oldu ki, Azərbaycanın haqlı mövqeyinə, həqiqi və dayanıqlı sülh seçiminə dünyanın bir nömrəli ofisində-Ağ Evdə ilk dəfə olaraq adekvat və ədalətli münasibət göstərildi. Prezident Donald Trampın Azərbaycan Prezidentinə “Siz böyük Lidersiniz”, -deyərək müraciət etməsi bir daha göstərdi ki, indiki mürəkkəb dünyada Lider faktorunun rolu əvəzolunmazdır. Siyasi liderlərin bir-birinə qarşılıqlı inam və etimadı bu gün əksər problemlərin açarıdır. Mövcud reallıqlar onu da sübut edir ki, Lider faktorunun rolunu danan və ya onun əhəmiyyətini kiçiltməyə çalışanlar yalnız siyasi uğursuzlar və cılız təbiətli qısqanclardır.

Üç il ərzində Minsk qrupunun ləğvinə qarşı çıxan Ermənistan rəhbərliyi də Vaşinqtonda Lider faktoru ilə hesablaşmağa və Minsk qrupunun buraxılmasına razılıq verməyə məcbur oldu. Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın Davosda keçirilən panel iclasında verdiyi bu açıqlama  bir daha həmin siyasi gerçəkliyi əks etdirir: “Əslində, Prezident İlham Əliyevdən sonra nəsə demək çox çətindir”.  Serbiya Prezidenti Aleksadar Vuçiçin nüfuzlu auditoriya qarşısında səsləndirdiyi açıqlama isə xüsusilə diqqət çəkir: “Cənab Prezident İlham Əliyevin söylədiyi fikirlərlə bağlı bir mövqe var: o, həqiqətən də müasir dünyada böyük, dahi liderlərdən biridir və indiki dövrdə belə bir lideri çox nadir halda görmək olur. Bunun çox böyük təsir effekti var və bu, danılmamalıdır. Bəli, biz müasir Azərbaycanı görürük”.

Bu cür yüksək fikirlərin Davos Forumu kimi beynəlxalq statusunu qoruya bilən platformada səsləndirilməsi Dövlətimiz adına və hər bir Azərbaycan vətəndaşı üçün olduqca qürurvericidir. Ötən il dünya miqyasında bütün sülh modelləri araşdırıldıqdan sonra nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məhz Azərbaycan Prezidentinə təqdim olunması qərarı həm də bu gerçəkliyin etirafıdır və o, mürəkkəb münaqişələrin həllində güclü Lider faktorunun rolunu növbəti dəfə təsbit edir. Tarix yenidən sübut edir ki, böhran vəziyyətində və ən kritik məqamlarda yalnız haqqa və öz xalqının etimadına söykənən Lider qətiyyəti dövlətin çoxəsrlik problemini həll edə və milli maraqlarını  istənilən gücün qarşısında qoruya bilir.  

Ülvi Quliyev    

Milli Məclisin deputatı       

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Yanvar 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri