Icma.az
close
up
RU
Davos Forumu dünya iqtisadiyyatının formalaşmasında əhəmiyyətli rol oynayır

Davos Forumu dünya iqtisadiyyatının formalaşmasında əhəmiyyətli rol oynayır

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin Davos Forumu çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi çoxsaylı görüşlərdə dövrün aktual məsələləri ətrafında geniş müzakirələr aparıldı

Bu gün 55-ci Dünya İqtisadi Forumu öz işini başa çatdırır. Yanvarın 20-dən “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında işə başlayan Forum qlobal çağırışları müzakirə edib ortaq mövqeyin ortaya qoyulması, səylərin birləşdirilməsi üçün 350 hökumət nümayəndəsi və 60 dövlət və hökumət başçısı daxil olmaqla 130-dan çox ölkəni bir araya gətirdi. Ümumilikdə Davos İqtisadi Forumunun iqtisadi xarakter daşıdığını nəzərə alsaq bu mötəbər beynəlxalq tədbirin hər bir ölkənin iqtisadi imkanlarının təqdimatında, dövrün çağırışlarına cavab tapılmasında bu platformanın müstəsna əhəmiyyət kəsb etdiyini görərik. Azərbaycan 55-ci Davos İqtisadi Forumunda da növbəti dəfə dünyanın diqqətində oldu. Dövlət başçısı İlham Əliyevin Forumun ilk günündə CGTN (China Global Television Network) telekanalına müsahibəsi, qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi çoxsaylı görüşlər də bütün bunların bariz nümunəsidir. Prezident İlham Əliyev qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi hər bir görüşdə Azərbaycan həqiqətlərindən, ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu qlobal enerji və nəqliyyat layihələrindən geniş bəhs edərək dünyanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin artan rolunu əsaslı şəkildə diqqətə çatdırdı.

Forum çərçivəsində “COP30-a gedən yol” mövzusunda panel müzakirələrin aparılması da səbəbsiz deyildi. Dünyaya səs salan, eyni zamanda, ötən ilin noyabr ayında Azərbaycanı iki həftə dünyanın ekoloji mərkəzinə çevirən COP29 iqlim konfrasının nəticələri bu gün də müzakirə edilməkdə, bu debatlar zamanı uğurlu nəticələrin əldə edilməsində Azərbaycanın liderliyi önə çəkilməkdədir. Bakı nailiyyəti iqlim diplomatiyasında dönüş nöqtəsi oldu. Şübhəsiz, Bakı iqlim konfransında əldə olunan uğurlu nəticələr bundan sonra COP tədbirləri üçün stimul olacaq. Panel müzakirələrdə Azərbaycanın malik olduğu enerji resurslarından, onlardan səmərəli istifadə etmək üçün həyata keçirilən və hazırda icrası davam etdirilən enerji layihələrindən, ölkəmizin Avropa ilə Asiya arasında körpü rolunu oynamasından, dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfələrdən geniş bəhs edildi. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Millət vəkili vurğulayıb ki, Azərbaycanın 2013-cü ildə Dünya İqtisadi Forumuna ev sahibliyi etməsi özündə bütün məqamları ehtiva etdi. Bu, ilk növbədə, Azərbaycan-Dünya İqtisadi Forumu əlaqələrinin yüksələn xətlə inkişafını nümayiş etdirdi. Digər tərəfdən isə Azərbaycan dayanıqlı iqtisadi inkişaf modeli ilə daim dünyanın diqqətində olub və son vaxtlar bu istiqamətdə ölkəmizə maraq daha da artıb. Ölkəmizin iqtisadiyyatını düzgün əsaslar üzərində qurması beynəlxalq maliyyə qurulmlarının, o cümlədən Davos İqtisadi Forumunun hesabatlarında liderliyini qorumasını şərtləndirir. Azərbaycanın yüksək rəqabətqabilyyətli iqtisadiyyata malik olması sözügedən Forumun hesabatlarında da təqdir edilir.

Vüqar Rəhimzadə qeyd edib ki, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı direktoru Klaus Şvab Forumun 2013-cü ildə Azərbaycanda keçirilməsini belə xarakterizə etmişdi ki, Azərbaycan çox böyük imkanların olduğu bir ölkədir. Azərbaycanda çox böyük iqtisadi artım göstəriciləri qeydə alınır. Bu, ilk növbədə, ölkənin müstəsna təbii resurs potensialının düzgün istifadəsi sayəsində mümkün olmuşdur. Eyni zamanda, bu nailiyyətlər həmin resurslardan ölkə iqtisadiyyatının şaxələndirilməsində uğurla və bacarıqla istifadə edilməsi sayəsində qazanılmışdır. Azərbaycan informasiya texnologiyaları, maliyyə, tikinti sahələrində də çox qabaqcıl ölkədir.

Təbii ki, Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunmasında əhəmiyyətli rol oynayır. İndiyədək ölkə iqtisadiyyatına 310 milyard dollar investisiyanın yatırılması uğurlu iqtisadi siyasətimizin nəticəsidir. Bu vəsaitin 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başlayanda 2003-cü ildə ilk dəfə bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Enerji resurslarından asılılıq minimuma endirilməlidir. Bu gün həmin çağırışın artıq reallıqda öz əksini tapdığını görürük.

Milli Məclisin deputatı bildirib ki, hər il İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun ənənəvi olaraq keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, elm adamlarının, nüfuzlu siyasətçilərin, iqtisadçıların, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin reallaşması yollarını müzakirə etməkdir. İqtisadi xarakter daşımasına baxmayaraq, Forum dünya siyasətində, beynəlxalq münasibətlərdə ciddi təsirə malikdir. Bu platforma dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayır. Qlobal iqtisadi böhranın, on milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Forum həm də ölkələrin özlərini dünyaya yaxından tanıtması, təşviq etməsi baxımından mühüm platformadır. Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin Davos Forumu çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları, bir sıra məşhur şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlərində dövrün aktual məsələləri ətrafında geniş müzakirələr aparıldı. Forum hər il dövrün çağırışlarına uğyun mövzu ətrafında müzakirələrin aparılmasına imkanlar yaradır. Ötən il “Etibarın bərpası”na çağırış edən Davos İqtisadi Forumu bu il “Ağıllı əsr üçün əməkdaşlıq” imkanlarından maksimum istifadə edərək səylərin birləşdirilməsini bir tələb kimi qarşıya qoydu. Təbii ki, birgə səylərin göstərilməsi, təcrübə mübadiləsinin aparılması ilə istənilən hədəfə yüksək səviyyədə nail olmaq mümkündür.

Vüqar Rəhimzadə qeyd edib ki, hər il ənənəvi keçirilən Dünya İqtisadi Forumu hesabat xarakteri daşıyır. Ötən bir ildə iştirakçı ölkələrin iqtisadi, siyasi həyatında hansı yeniliklərin baş verdiyi təhlil edilir və hədəflər müəyyənləşdirilir. Forumun mövzusu həmin hədəflər üçün yol xəritəsidir. Azərbaycan hər zaman əməkdaşlığın tərəfdarıdır. Bu əməkdaşlıq qarşılıqlı hörmətə və etimada əsaslandıqda daha uzunömürlü olur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Yanvar 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri