Icma.az
close
up
RU
Davos Forumunun STRATEJİ ƏHƏMİYYƏTİ Azərbaycanla əməkdaşlığın İNKİŞAF PERSPEKTİVLƏRİ TƏHLİL

Davos Forumunun STRATEJİ ƏHƏMİYYƏTİ Azərbaycanla əməkdaşlığın İNKİŞAF PERSPEKTİVLƏRİ TƏHLİL

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verildiyi kimi, yanvarın 20-də Davosda növbəti Dünya İqtisadi  Forumu öz işinə başlayıb.
Forum öz işini yanvarın 24-ə qədər davam etdirəcək. Beləliklə, yaxın 5 gündə dünya liderləri, qlobal şirkət rəhbərləri Davosda bir araya gələcək.
Əslində Davos Forumu iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbulu üçün əlverişli mühit yaradır.
Nəzərə alaq ki, 2025-ci ilin Davos Forumu əvvəlki forumlardan əsas hədəflər baxımdan müəyyən qədər fərqlənir. Beynəlxalq ekspertlər hesab edir ki, əvvəlki forumlarda da süni intellekt, iqlim dəyişikliyi, insan kapitalı və texnoloji yeniliklər kimi mövzular müzakirə olunsa da, bu il bu mövzulara daha konkret və strateji yanaşmalar olacaq.
Bundan başqa İqlim Dəyişikliyi həmişə prioritet mövzulardan biri olsa da, bu il innovativ tərəfdaşlıqlar və yaşıl sənaye sahəsində konkret həllər təklif olunacağı gözlənilir.
Davos İqtisadi Forumu nədir?
Davos İqtisadi Forumu isveçrəli professor Klaus Şvabın təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. O zaman İsveçrənin Davos şəhərində Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini toplayaraq, dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə birinci simpoziumu keçirilib. Artıq 55 ildir ki, hər il davamlı olaraq bu forum keçirilir.
Davos Forumu və Azərbaycan
Azərbaycanın Davos Forumunda ilk dəfə iştirakı 1995-ci ilə təsadüf edir. Həmin ilin 27-31 yanvar tarixlərində Ümummilli lider Heydər Əliyev ilk dəfə olaraq Forumda iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyətdə olduğu dövrdə Forumla əməkdaşlıq daha da inkişaf edib.
Ölkəmizin Davos Forumuna davamlı dəvət olunması təsadüfi deyil. İlk növbədə bu onunla bağlıdır ki, Azərbaycan regionun davamlı inkişaf edən ölkəsidir. Üstəlik, Azərbaycan Avropanın enerji təhlükəsizliyində müstəsna paya sahibdir. Ən nəhayət, Azərbaycanın geosiyasi mövqeyi, Şimalla Cənub, Qərblə Şərq arasında körpü rolunu oynaması ölkəmizi Davos Forumun iştirakçıları üçün böyük maraq doğurur. Ona görə də son illərdə Azərbaycan rəhbərliyi bütün forumlara dəvət alıb. Aparılan işgüzar müzakirələr, yaradılan iqtisadi əlaqələr hər iki tərəf üçün xeyli faydalı olub.
Bu əlaqələri daha da dərinləşdirmək üçün Azərbaycan 2013-cü ilin aprelin 12-də Dünya İqtisadi Forumunun iştirakçılarını Bakıya dəvət etdi. Dünyanın iqtisadi vəziyyətini proqnozlaşdıran tanınmış iqtisadçılar, ekspertlər, dövlət və hökumət nümayəndələri Bakıda bir araya gələrək bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələləri müzakirə etdilər.
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 20-də İsveçrə Konfederasiyasına səfərə gəlib. Dövlətimizin başçısı elə həmin gün Davosda CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Eləcə də ilk rəsmi görüşlərini keçirib.
Budəfəki Forumdan gözləntilər
Görünən odur ki, bu dəfəki Forumda Azərbaycan liderinin çoxsaylı və mühüm görüşləri baş tutacaq. Bu da səbəbsiz deyil. Ölkəmizin artan nüfuzu, Avroasiya məkanında ölkəmizə artan maraq Azərbaycanı Forum iştirakçıları üçün xeyli maraqlı edir. Xüsusən də, son aylarda baş verən hadisələr Azərbaycanı bir sıra mövqelərdə irəli çıxarıb. Bunlardan biri qlobal iqlim dəyişikliyinə qarşı Azərbaycan təcrübəsi və ölkəmizdən gələn təkliflərdir. Ətraf mühitə atılan CO2 emissiyasının  azaldılması istiqamətində Azərbaycan təcrübəsi hər kəs üçün çox maraqlıdır.
Bundan əlavə, Davos Forumunda "COP30-a gedən yol" mövzusunda panel müzakirələrin keçirilməsi nəzərdə tutulub. Tədbir yanvarın 21-də baş tutacaq. Müzakirədə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil, Braziliya xarici işlər nazirinin iqlim, enerji, ətraf mühit üzrə müavini Andre Korrea do Laqo və digər yüksək vəzifəli nümayəndələr iştirak edəcəklər.
Avropaya enerji hasilatı
Bundan başqa Azərbaycanın yaxın illər üçün Avropanın əsas “yaşıl enerji” istehsalçısı olmaq imkanları da Forum iştirakçıları üçün xeyli maraqlıdır. Nəzərə alaq ki, təkcə 2024-cü ildə külək elektrik stansiyalarında 51,1 mln. kVt/st, günəş elektrik stansiyalarında 556,3 mln. kVt/st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 232,5 mln. kVt/st elektrik enerjisi istehsal edilib. Bu da əvvəlki illə müqayisədə 2 dəfə çox yaşıl enerji istehsalı deməkdir.
Bununla da ölkə üzrə enerji istehsalında yaşıl enerjinin payı ilk dəfə 14 faizə çatdırılıb. Lakin bu son deyil. Çünki Azərbaycan dövlətinin hədəfi yaxın illərdə Avropaya çox böyük ölçüdə yaşıl enerji ixrac etməkdir.
Bu dəfəki Forumda diqqət çəkən məqamlardan biri də Avropa İttifaqının mavi yanacaqla təminatı məsələsidir. Yəqin ki, aparıcı Avropa dövlətləri Azərbaycanla bu sahədə əməkdaşlığı genişləndirməyə çalışacaq. Çünki Azərbaycan qazı həm öz keyfiyytinə, həm də daşınma marşrutuna görə Avropa İttifaqı üçün çox cəlbedicidir.
Nəzərə alaq ki, Davos İqtisadi Forumunda qlobal enerji layihələrinin şaxələndirilməsi bölgədə və dünyada əməkdaşlığın genişləndirilməsi istiqamətində önəmli amil kimi qeyd olunur. Ona görə də bu Forum Azərbaycanın siyasi və iqtisadi həyatı üçün yeni səhifə açacaq və Forumda keçirilən görüşlərdə qəbul edilən qərarlar Azərbaycanaın gücünə güc qatacaq.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Yanvar 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri