Icma.az
close
up
RU
Davos yeni hədəflərin mühüm aspekti kimi ŞƏRH

Davos yeni hədəflərin mühüm aspekti kimi ŞƏRH

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın beynəlxalq siyasətdə oynadığı rol, yeni dünya düzənində həyata keçiriləcək bir sıra addımlara nəzər salmaq baxımından mühüm aspektləri özündə əks etdirdi. Davos İqtisadi Forumu çərçivəsində reallaşan müsahibədə jurnalistin ünvanladığı suallara geniş və əhatəli cavab verən dövlət başçısı regional proseslərin fonunda qlobal miqyasda formalaşan yeni siyasi reallıqlara nəzər saldı.

Cənubi Qafqazın gələcəyi ilə bağlı danısan Prezident İlham Əliyev vurğuladı ki, 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərdən sonra regionda sülh və yeni inkişaf mərhələsi başlayıb. Belə ki, uzun illər davam etmiş münaqişələrdən sonra region tarixində ilk dəfə real sülh və sabitlik mərhələsinə qədəm qoyub.

Azərbaycan üçün bu sülh yalnız təhlükəsizlik məsələsi deyil, həm də iqtisadi və nəqliyyat inteqrasiyası üçün tarixi fürsətdir. Bu mövqe Azərbaycanın regional liderlik ambisiyalarının açıq şəkildə nümayişidir. Bakı sülhü yalnız siyasi nəticə kimi deyil, həm də regional əməkdaşlıq platforması kimi təqdim edir. Zəngəzur dəhlizi, tranzit layihələri, regional ticarət və enerji təhlükəsizliyi bu strategiyanın əsas sütunlarını təşkil edir. Prezidentin “sülhə alışmaq” ifadəsi isə Cənubi Qafqaz üçün tamamilə yeni siyasi psixologiyanın formalaşdığını göstərir. Ölkəmizin rəhbəri Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olmağı əsas hədəf olaraq seçilməsini tarixi zərurət kimi dəyərləndirmişdir.

Müsahibədə diqqət çəkən məqamlardan biri də Azərbaycanın enerji ehtiyatları və enerji təhlükəsizliyi məsələsi idi ki, dövlət başçısı bu istiqamətdə gələcək planlardan danışıb: “Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir. Ölkəmizin enerji sektorunda qazandığı uğurlar etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.

Əməkdaşlığın coğrafiyasının genişlənməsi də bunun bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, Avropa və Avropa İttifaqı ilə enerji əməkdaşlığımız artmaqdadır. Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikdir. Bir çox Avropa ölkəsi ilə yaxşı münasibətlərimiz var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Azərbaycan üçün isə bu, premium bazarda ehtiyatlarımızı satmaq fürsətidir.

Forum çərçivəsində prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi onu deməyə əsas verir ki, Azərbaycan dünyada sülhün bərqərar olmasında öz sözünü deməkdədir.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Yanvar 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri