Davosda ABŞ Ukrayna danışıqları Umerov Trampın kürəkəni ilə nələri müzakirə edib?
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Ukrayna nümayəndə heyəti İsveçrənin Davos şəhərində ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşnerlə görüş keçirib.
“AzPolitika” xəbər verir ki, bu barədə yanvarın 21-i axşam saatlarında “Telegram” kanalında Ukrayna nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov məlumat yayıb.
Onun sözlərinə görə, görüşdə əsas müzakirə mövzuları Ukraynanın iqtisadi inkişafı, müharibədən sonrakı bərpa prosesi və təhlükəsizlik zəmanətləri olub. Umerov bildirib ki, Ukrayna tərəfi amerikalı tərəfdaşları Rusiyanın mülki infrastruktura növbəti hücumları barədə də məlumatlandırıb: “Əsas mövzular iqtisadi inkişaf, müharibədən sonra bərpa və təhlükəsizlik zəmanətləri idi. Tərəfdaşları Rusiyanın mülki infrastruktura növbəti hücumları, xüsusilə Kiyevdəki vəziyyət barədə məlumatlandırdıq. Zərbələr nəticəsində milyonlarla insan işıq və istiliksiz qalıb”, – deyə Umerov yazıb.
Rüstəm Umerovun sözlərinə görə, o, həmçinin Ukrayna parlamentindəki “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya və Prezidentin strateji məsələlər üzrə müşaviri Aleksandr Kamışinlə birlikdə ABŞ-nin ən böyük investisiya şirkətlərindən biri olan “BlackRock” nümayəndələri ilə də görüş keçirib. Qeyd olunur ki, bu şirkət Ukraynanın bərpası və iqtisadi dirçəlişi planlarında iştirak edən əsas tərəfdaşlardan biridir.
Umerov əlavə edib ki, Ukrayna tərəfi tərəfdaşlarla işi davam etdirərək bu gün ölkənin müdafiəsi ilə yanaşı, sabah üçün bərpa prosesinin təməlini formalaşdırmağa çalışır: “Bu gün ölkəni qorumağı sabah onun bərpasının əsasını hazırlamaqla birləşdirərək tərəfdaşlarla işi davam etdiririk”, – deyə o vurğulayıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 22 Yanvar 2026 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















