Icma.az
close
up
RU
Daxili qoşunlar bu şərtlərdə odlu silahdan atəş aça biləcəklər

Daxili qoşunlar bu şərtlərdə odlu silahdan atəş aça biləcəklər

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Daxili qoşunların hərbi qulluqçuları tərəfindən odlu silahın tətbiqi şərtləri müəyyənləşir.

Ölkə.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, odlu silahın xəbərdarlıq edilmədən tətbiq edildiyi hallar və birdən-birə gözlənilməz hücum halı istisna olmaqla, odlu silah tətbiq edilməzdən əvvəl səslə və ya havaya atəş açmaqla silah işlədiləcək şəxsə xəbərdarlıq edilməlidir.

Daxili qoşunların hərbi qulluqçularının xəbərdarlıq etdikdən sonra aşağıdakı hallarda odlu silah tətbiq etmək hüququ olacaq:
-    insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq hallarında;
-    xidməti vəzifələrinin icrası zamanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçularının və əməkdaşlarının həyatına və sağlamlığına təhlükə törədən qəsdlər baş verdikdə və ya onların silahlarının, döyüş texnikasının və xüsusi texnikanın ələ keçirilməsi cəhdlərinin qarşısı alındıqda;
-    girovlar, zəbt edilmiş binalar və digər tikililər, qurğular, ərazilər və nəqliyyat vasitələri azad edildikdə;
-    insanların həyatına, sağlamlığına və mülkiyyətinə qarşı cinayət törətmiş və gizlənməyə çalışan, habelə silahlı müqavimət göstərən şəxslər saxlanıldıqda;
-    fövqəladə və ya hərbi vəziyyət rejimi şəraitində yaşayış məntəqəsinə giriş-çıxış postlarında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının və ya hərbi qulluqçusunun nəqliyyat vasitəsini dayandırmaq tələbinə tabe olmayan nəqliyyat vasitəsi saxlanıldıqda;
-    qrup halında və ya silahlı basqın, o cümlədən nəqliyyat vasitələrindən istifadə etməklə törədilən basqın dəf edildikdə;
-    qanunsuz silahlı birləşmələrdə, terror təşkilatlarında və terror qruplarında, habelə silahlı müqavimət göstərən şəxsdə olan silahı, döyüş texnikasını və xüsusi texnikanı təhvil vermək tələbi yerinə yetirilmədikdə;
-    terrorçuluq və ya dini ekstremizm, yaxud dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda.
Odlu silah aşağıdakı hallarda xəbərdarlıq edilmədən tətbiq olunacaq:
-    mühafizə olunan obyektə, qarovula (qoşun naryadına) silahdan, döyüş texnikasından, xüsusi texnikadan və nəqliyyat vasitələrindən istifadə etməklə törədilən basqın dəf edildikdə;
-    silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilərkən, eləcə də cinayət törətmiş şəxs silahı ələ keçirməklə və ya ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxs nəqliyyat vasitələrindən istifadə etməklə mühafizə altından qaçdıqda;
-    azadlıqdan məhrum edilmiş şəxslər tərəfindən törədilən basqın dəf edildikdə;
-    öz vəzifə borclarını icra edən daxili qoşunların və daxili işlər orqanlarının şəxsi heyətinin, məhkəmə və prokurorluq işçilərinin həyatına bilavasitə təhlükə törədən qərəzli hərəkətlər edildikdə;
-    insan həyatına və sağlamlığına real təhlükə yaradan heyvan hücumunun qarşısı alındıqda;
-    təhlükə və ya həyəcan siqnalı verildikdə, habelə yardım çağırıldıqda (təhlükəsiz yolla havaya atəş açmaqla).
Yuxarıda nəzərdə tutulmuş halların yarana biləcəyi barədə kifayət qədər əsaslar olduqda daxili qoşunların hərbi qulluqçusunun odlu silahı hazır vəziyyətə gətirmək hüququ olacaq.
Odlu silah tətbiq etmək aşağıdakı şəxslərə münasibətdə və aşağıdakı hallarda qadağan ediləcək:
-    qadınlara;
-    yanında azyaşlı uşaq olan şəxslərə;
-    əlilliyi və digər fiziki və psixi pozuntuları aşkar bilinən şəxslərə;
-    yetkinlik yaşına çatmadığı aşkar görünən və ya məlum olan şəxslərə;
-    kənar şəxslərin zərər çəkə biləcəyi hallarda;
-    alışmaq, partlamaq təhlükəsi olan zəhərləyici və radioaktiv maddələrin hazırlandığı yerlər, saxlandığı anbarlar (saxlanc yerləri) və belə maddələri daşıyan nəqliyyat vasitələri istiqamətində.
Yuxarıda nəzərdə tutulan qadağa silahlı müqavimət göstərildiyi, insanların həyatına və sağlamlığına təhlükə yarandığı hallarda və ya silahlı, o cümlədən nəqliyyat vasitələrindən istifadə etməklə törədilən basqın hallarında qadınlar, yanında azyaşlı uşaq olan şəxslər, əlilliyi və digər fiziki və psixi pozuntuları aşkar bilinən şəxslər və yetkinlik yaşına çatmadığı aşkar görünən və ya məlum olan şəxslərə şamil edilməyəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri