Icma.az
close
up
RU
Daxili Qoşunların Hərbi İnstitutunda Zəfər tarixi elmi nəzəri konfransı keçirildi

Daxili Qoşunların Hərbi İnstitutunda Zəfər tarixi elmi nəzəri konfransı keçirildi

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

8 Noyabr – Zəfər Günü münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi İnstitutunda "Zəfər tarixi" adlı respublika elmi-nəzəri konfrans keçirilib. Tədbir 44 günlük Vətən müharibəsində qazanılmış Şanlı Qələbənin 5-ci ildönümünə həsr olunub.

BAKU.WS xəbər verir ki, Konfransda dövlət və ali təhsil müəssisələrinin nümayəndələri – Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi, Azərbaycan Respublikası Milli Müdafiə Universiteti, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Dövlət Sərhəd Xidməti Akademiyası, Dövlət Dəniz Akademiyasının nümayəndələri, kursant və tələbələri, Vətən müharibəsinin qəhrəmanları və iştirakçıları, həmçinin şəhid ailələrinin nümayəndələri qonaq qismində iştirak ediblər.

Konfrans zamanı Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiram bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, videoçarx nümayiş etdirilib.

Konfransı giriş sözü ilə açan Hərbi İnstitutun rektoru, general-mayor Elçin Məmmədov tədbir iştirakçılarını salamlayaraq konfransın işinə uğurlar arzulayıb. Zəfər Gününün tarixi əhəmiyyətini vurğulayaraq gənc nəslin dövlətçilik ideyalarına sadiq və vətənpərvər ruhda tərbiyə almasının önəmini nəzərə çatdırıb.

Məruzələrdə Ulu Öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik məktəbinin, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsinin Şanlı Zəfərin əsas dayağı olduğu xüsusi vurğulanıb. Çıxışlarda Vətən müharibəsinin hərbi-siyasi nəticələri, post-müharibə dövründə təhlükəsizlik sisteminin təkmilləşdirilməsi və milli birliyin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

Çıxış edənlər bildiriblər ki, Zəfər yalnız hərbi qələbə deyil, həm də xalqın iradəsinin, dövlətin strateji gücünün və milli həmrəyliyin təntənəsidir.

Konfrans Daxili İşlər Nazirliyinin Daxili Qoşunların elmi mühitində milli ruhu, elmi düşüncəni və təhlükəsizlik mədəniyyətini birləşdirən mühüm platforma kimi yadda qalıb.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://baku.ws
archiveBu xəbər 06 Noyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri