Dayan xəbərdarlığına tabe olmayan sürücü polis tərəfindən vurularaq saxlanıldı
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
İstanbulun Bakırköy rayonunda polisin "dayan" əmrinə məhəl qoymayan sürücü, təqib zamanı qəza törədib və silahla vurularaq xəstəxanaya aparılıb.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, hadisə Bakırköy Sahil Yolu üzərində baş verib. Nəzarət tədbiri keçirən polis əməkdaşları şübhəli hesab etdikləri bir avtomobilə "dayan" işarəsi veriblər. Lakin sürücü xəbərdarlığa əməl etməyərək polislərə bıçaq göstərib və avtomobillə hadisə yerindən uzaqlaşıb.
Bu zaman polis əməkdaşları ilə sürücü arasında şəhər boyunca gərgin təqib başlayıb. Sürücü qaçış zamanı idarə etdiyi avtomobillə polis maşınlarına çırpılaraq zərər yetirib.
Təqib nəticəsində polis prospekti nəqliyyat üçün bağlayaraq qabaqlayıcı tədbirlər görüb və şübhəlinin keçə biləcəyi yol istiqamətinə "tikanlı baryer" qurub.
Buna baxmayaraq, qaçmağa davam edən sürücüyə qarşı əvvəlcə xəbərdarlıq atəşi, daha sonra isə düz nişan alınmış atəş açılıb. Güllə ilə yaralanan şübhəli, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.
Təqib zamanı bağlanan yol, zərər görmüş avtomobillərin ərazidən çıxarılmasından sonra yenidən nəqliyyatın hərəkətinə açılıb.(Sonxeber.az)

