Dayanacaqlarda “BakıKart” problemi Yeni ödəniş aparatları quraşdırılacaq?
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı Metropolitenində xətlərin ayrılması layihəsi ilə əlaqədar yerüstü nəqliyyata tələbatın artması dayanacaqlarda sərnişin sıxlığını da artırıb. Xüsusilə 28 May Nəqliyyat Mübadilə Mərkəzi kimi insanların sıx toplaşdığı ərazilərdə “BakıKart” ödəniş terminallarına ehtiyac daha da aktuallaşıb.
Hazırda ictimai nəqliyyatda ödəniş üçün müxtəlif imkanlar mövcuddur. Ancaq bu üsullar bütün sərnişinlər üçün eyni dərəcədə əlçatan deyil. Xüsusilə QR kodla ödənişdən istifadə etməkdə çətinlik çəkən yaşlılar və bank kartı olmayan azyaşlılar üçün “BakıKart” terminallarının əlçatan olması vacibdir.
Bəs avtobuslara tələbatın artdığı bir vaxtda dayanacaqlarda BakıKart ödəniş terminallarının sayının artırılması və yeni terminalların quraşdırılması gözlənilirmi?
Bizim.Media mövzuyla əlaqədar BakıKart-a sorğu ünvanlayıb. Qurumun İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aynur Kərimli sorğumuza cavab olaraq bildirib ki, hazırda mövcud “Bakıkart” aparatları sərnişin tələbatıını qarşılayır:
“28 May Nəqliyyat Mübadilə Mərkəzinin yaxınlığında, metro stansiyasının çıxış hissəsində sərnişinlərin istifadəsi üçün 2 ədəd “BakıKart” ödəniş aparatı mövcuddur. Eyni zamanda, metro stansiyasının daxilində də kifayət sayda “BakıKart” aparatı fəaliyyət göstərir.
Hazırda sözügedən ərazidə “BakıKart” xidmətlərindən istifadə üçün mövcud imkanlar sərnişin tələbatını qarşılayır.
Digər metroətrafı dayanacaqlarda əlavə ödəniş aparatlarının quraşdırılması məsələsi isə sərnişin axını və tələbat nəzərə alınmaqla ayrıca qiymətləndirilə bilər”,-deyə verilən açıqlamada qeyd edilib.
Nəzrin Mirzəyeva, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 30 Sentyabr 2026 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















