Dayanacaqlarda izdiham İşə gecikənlər və dolu avtobuslar (VİDEO)
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Paytaxtın ictimai nəqliyyat sistemindəki nöqsanlar sərnişinlərin gündəlik həyatını çətinləşdirməkdə davam edir. Xüsusilə işə və dərsə tələsən vətəndaşlar avtobusların qeyri-müntəzəm fəaliyyətindən ciddi şəkildə əziyyət çəkirlər.
Demokrat.az xəbər verir ki, sosial şəbəkələrdə Bakının marşrut şəbəkəsindəki növbəti problemlə bağlı görüntülər yayılıb. Videoda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən 13 nömrəli avtobusun intervalında yaranan ciddi gecikmələr əks olunub.
Uzun müddət dayanacaqlarda gözləyən insanlar avtobusa minmək üçün böyük çətinliklərlə qarşılaşıblar. Nəqliyyat vasitəsinin həddindən artıq dolu olması sərnişinlərin həm təhlükəsizliyini, həm də rahatlığını sual altına qoyub. Görüntülərdə bir çox vətəndaşın sıxlıq səbəbindən avtobusa daxil ola bilmədiyi və yolda qaldığı aydın görünür. Sakinlər bu istiqamətdə avtobus sayının artırılmasını və qrafikə nəzarətin gücləndirilməsini tələb edirlər.
İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Demokrat.az xəbər verir ki, sosial şəbəkələrdə Bakının marşrut şəbəkəsindəki növbəti problemlə bağlı görüntülər yayılıb. Videoda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən 13 nömrəli avtobusun intervalında yaranan ciddi gecikmələr əks olunub.
Uzun müddət dayanacaqlarda gözləyən insanlar avtobusa minmək üçün böyük çətinliklərlə qarşılaşıblar. Nəqliyyat vasitəsinin həddindən artıq dolu olması sərnişinlərin həm təhlükəsizliyini, həm də rahatlığını sual altına qoyub. Görüntülərdə bir çox vətəndaşın sıxlıq səbəbindən avtobusa daxil ola bilmədiyi və yolda qaldığı aydın görünür. Sakinlər bu istiqamətdə avtobus sayının artırılmasını və qrafikə nəzarətin gücləndirilməsini tələb edirlər.
@nisaess04 #baku ♬ sonido original - nisaess
İsmayıl
Demokrat.az
Bu mövzuda digər xəbərlər:Avtobuslar gecikir, dayanacaqlarda saxlamır ŞİKAYƏT
06 Oktyabr 2025 17:09
Avtobuslar niyə dayanacaqlarda saxlamır? PROBLEM
13 Mart 2025 18:10
Bəzi avtobuslar bu dayanacaqlarda saxlamayacaq
09 Avqust 2026 21:15
Dayanacaqlarda sıxlıq: Əlavə avtobuslar ayrılacaq? RƏSMİ YENİLƏNİB
21 Aprel 2026 14:13
Yollarda tıxac, dayanacaqlarda izdiham… “Qarşıdakı 10 ay ərzində…” Ekspert
18 Sentyabr 2025 12:33
Baxış sayı:172
Bu xəbər 21 Aprel 2026 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















