Icma.az
close
up
RU
Dayanacaqlardan “BakıKart” aparatı niyə yığışdırılır? RƏSMİ

Dayanacaqlardan “BakıKart” aparatı niyə yığışdırılır? RƏSMİ

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son vaxtlar paytaxt sakinləri “BakıKart” sistemindən istifadə zamanı bir sıra çətinliklərlə üzləşirlər. 

İstər onlayn platformada qeydiyyat, istərsə də balansın görünməsi ilə bağlı problemlər vətəndaşlar arasında narazılıq yaradıb. Bundan əlavə, bəzi dayanacaqlarda “BakıKar”t aparatlarının olmaması sərnişinlərin işini daha da çətinləşdirir. İnsanlar ödəniş üçün ya uzaq məsafə getməli olur, ya da marketlərdə “MilliÖn” terminallarından istifadə etməyə məcbur qalırlar. 

“BakıKart” sistemində yaranan texniki problemlərin səbəbi nədir? Bəzi dayanacaqlarda “BakıKart” aparatlarının olmaması nə ilə bağlıdır? 

Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlama verən “Bakıkart”-ın müştəri xidmətləri üzrə baş mütəxəssisi Mehriban Əhmədova bildirib ki, platformada yaranan problemlər araşdırılır və qısa zamanda aradan qaldırılır: 

“Bakı şəhərində ictimai nəqliyyatda ödənişlərin rahat və əlçatan şəkildə həyata keçirilməsi “K Group” MMC-nin əsas prioritetlərindən biridir. Hazırda şirkətimiz xidmətlərin inkişafı və rəqəmsal ödəniş sistemlərinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. “BakıKart” sistemi ümumilikdə stabil və davamlı rejimdə fəaliyyət göstərir. 

Bütün texnoloji sistemlərdə olduğu kimi, “BakıKart” platformasında da bəzən qısamüddətli texniki xətalar yarana bilər. Lakin bu kimi hallar operativ şəkildə aşkar olunur və qısa zamanda aradan qaldırılır. Onun sözlərinə görə, sistemin davamlılığını təmin etmək üçün mütəmmadi monitorinqlər keçirilir.

 İstifadəçilərdən hər hansı rəsmi müraciət daxil olduqda, “BakıKart” əməkdaşları texniki dəstək göstərməklə problemin aradan qaldırılmasını təmin edirlər. Sistemin fasiləsiz və etibarlı işləməsi üçün mütəmadi monitorinq və texniki təkmilləşdirmə işləri həyata keçirilir. 

M. Əhmədova qeyd edib ki, paytaxt üzrə ümumilikdə 180 ədəd “BakıKar”t ödəniş terminalı quraşdırılmışdır: 

“Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə, “BakıKart” balansının artırılması yalnız “BakıKart” terminalları vasitəsilə deyil, həm də MilliÖn terminalları üzərindən mümkündür. Bundan əlavə, sərnişinlər “BakıKart”, “Birbank” və M10 mobil tətbiqləri vasitəsilə də balanslarını artırmaqla yanaşı, “Birbank” və M10 platformalarında “BakıKart”-a məxsus QR ödənişləri ilə nəqliyyat ödənişlərini həyata keçirə bilirlər. 

Bəzi dayanacaqlarda “BakıKart” terminallarının müvəqqəti olaraq yığışdırılması texniki xidmət və infrastruktur yenilənməsi işləri ilə bağlıdır. Belə hallarda aparatların yerində dəyişiklik aparılması və ya yenidən quraşdırılması elektrik təminatı, rabitə bağlantısı və vandalizm riski kimi texniki və təhlükəsizlik amilləri nəzərə alınmaqla həyata keçirilir. Məqsəd sərnişinlərin ödəniş imkanlarını mümkün qədər rahat, təhlükəsiz və çox kanallı şəkildə təmin etməkdir”.

Gülər
"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Noyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri