Dayanacaqlarla velozolaqların kəsişməsi problem yaradır; çıxış yolu nədir? ARAŞDIRMA FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Bakıda velosiped zolaqlarının salınması müsbət addım kimi qiymətləndirilsə də, avtobus dayanacaqları ilə kəsişən hissələrdə təhlükəsizlik problemi hələ də qalmaqdadır. Xüsusilə sərnişinlərin avtobusa minib-düşdüyü məkanlarda velosipedçilərlə piyadalar arasında konflikt yaranır.
Avtosfer.az xəbər verir ki, beynəlxalq təcrübədə bu problemin sadə və effektiv həlli mövcuddur. Bir sıra ölkələrdə avtobus dayanacağı ilə velozolağın kəsişdiyi hissələrdə qaldırılmış platformalar təşkil olunur. Bu zaman velosipedçilər məcburən sürəti azaldır və piyadalara yol verirlər. Eyni zamanda avtobus sərnişinləri üçün daha təhlükəsiz və baryersiz mühit formalaşır.
Bu üsul həm ucuzdur, həm də yol hərəkətində konflikt nöqtələrinin azalmasına ciddi töhfə verir. Xüsusilə piyadaların sıx olduğu ərazilərdə bu cür həllər yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına kömək edir.
Qeyd olunur ki, Bakıda da bu təcrübənin tətbiqi vacibdir. Fotolarda “28 Mall” avtobus dayanacağının mövcud vəziyyəti və təklif olunan həll variantı göstərilir. Bu yanaşma velosipedçilər, piyadalar və ictimai nəqliyyatdan istifadə edənlər üçün daha təhlükəsiz və rahat hərəkət şəraiti yarada bilər.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 08 Yanvar 2026 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















