Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Dayanıqlı sülhə çoxtərəfli müəlliflik böyük zəmanətdir

Dayanıqlı sülhə çoxtərəfli müəlliflik böyük zəmanətdir

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan daha bir möhtəşəm uğura imza atdı. Regionda davamlı sülhün bərqərar olunması, iqtisadi inteqrasiyanın sürətləndirilməsi və xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində ABŞ-ın təşkilatçılığı və vasitəçilik səyləri alqışa layiqdir. Birləşmiş Ştatların bu prosesdə fəal rolu tərəflər arasında etimadın qurulmasına və davamlı əməkdaşlığın təmin edilməsinə mühüm töhfə verir. Əldə edilən möhtəşəm uğurla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dedi: 

– Mənə görə Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə əldə edilmiş Böyük Zəfərin dayanıqlı sülhün də qazanılması üçün əsas olduğu Vaşinqton Sülh Platforması bu sülhün yalnız regionumuz deyil, həmçinin qlobal miqyasda daha çox əhəmiyyət kəsb etməsidir.

Vaşinqton görüşündə diqqəti çəkən əsas məqamlardan biri Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Trampın bir sıra fundamental dəyərlərdə ortaq mövqedə olması idi.

Hər iki lider ailə institutunu yalnız milli kimliyin deyil, həm də sosial dayanıqlığın əsas sütunu kimi görür. Onlar üçün ailə dəyərlərinin qorunması, gənclərin sağlam mühitdə yetişməsi və uşaq hüquqlarının təmin olunması, dövlətin gələcəyinə yönəlmiş strateji siyasətin ayrılmaz hissəsidir.

Donald Trampın öz siyasi baxışlarında ailə institutunun güclənməsini və müharibələrin əleyhinə mövqeyi yüksək tutması, İlham Əliyevin də siyasi prioritetləri ilə üst-üstə düşür. Hər iki lider anlayır ki, insan amilinin inkişafı, təhsildən sosial müdafiəyə qədər bütün sahələrdə ailənin güclənməsi ilə sıx bağlıdır. 

Azərbaycanın multikultural dəyərlərin qorunmasına, sosial rifahın artırılmasına və post-münaqişə dövründə ailələrin bərpasına verdiyi önəm, ABŞ-ın da dəstəklədiyi universal humanitar prinsiplərlə harmoniya təşkil edir.

Geosiyasi və təhlükəsizlik baxımından Qafqaz regionu tarixən böyük güclərin maraqlarının kəsişdiyi strateji məkandır. Burada davamlı sülhün yaradılması yalnız regional liderlərin deyil, həm də beynəlxalq tərəfdaşların aktiv əməkdaşlığını tələb edir. 

Vaşinqton görüşündə İlham Əliyev və Donald Trampın ortaya qoyduğu ortaq mövqe, təhlükəsizlik arxitekturasının yalnız çoxtərəfli siyasi zəmanətlə möhkəmlənə biləcəyini göstərdi.

Zəngəzur dəhlizinin açılması perspektivi bu kontekstdə xüsusi yer tutur. Bu layihə təkcə iqtisadi əlaqələri genişləndirməyəcək, həm də regionda sabitliyi gücləndirəcək. ABŞ-ın siyasi dəstəyi, dəhlizin qlobal ticarət xəritəsində strateji mövqeyə sahib olmasını təmin edəcəkdir.

Diplomatik və beynəlxalq münasibətlər kontekstində isə Vaşinqtonda əldə olunan razılaşma, sülh prosesinin yalnız iki tərəfin deyil, çoxtərəfli siyasi iradənin məhsulu olduğunu bütün dünyaya göstərdi. 

İlham Əliyevin qətiyyəti və Donald Trampın diplomatik çəkisi, “lider-lider” sinerjisinin real nümunəsinə çevrildi. Bu yanaşma göstərdi ki, sülhün davamlılığı üçün təkcə region dövlətlərinin razılığı kifayət deyil — qlobal güclərin də siyasi zəmanəti vacibdir.

ABŞ-ın iştirakı Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa tam uyğun olduğunu və ədalətli sülhün təmininə yönəldiyini təsdiqlədi. Bu, həm də regiondakı sülhün qlobal siyasi sabitliyə inteqrasiyasını təmin edən amil kimi çıxış edir.

Strateji tərəqqi və insan kapitalının inkişafı məsələsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas prioritetlərindəndir. Odur ki, Vaşinqton razılaşması yalnız hərbi münaqişənin bitməsi deyil, həm də yeni iqtisadi imkanlar, texnoloji əməkdaşlıq və təhsil layihələri deməkdir.

ABŞ-ın texnoloji və innovativ potensialı ilə Azərbaycanın gənc və dinamik insan kapitalının sinerjisi, post-münaqişə dövründə ölkənin sürətli inkişafına zəmin yaradacaqdır.

Zəngəzur dəhlizinin istifadəyə verilməsi həmçinin region gənclərinin əmək bazarına çıxış imkanlarını genişləndirəcək, yeni biznes və startap ekosistemlərinin yaranmasına şərait yaradacaq. Donald Trampın bu layihəyə verdiyi dəstək, onu təkcə iqtisadi deyil, həm də sülhün möhkəmləndirilməsinə yönəldilmiş qlobal təşəbbüs kimi dəyərləndirməyə imkan verir.

Vaşinqton görüşü, Azərbaycanın müstəqil siyasətinin, İlham Əliyevin prinsipial liderliyinin və Donald Trampın diplomatik çəkisinin birləşərək, həm regional, həm də qlobal miqyasda sülhün bünövrəsini yaratdığını sübut etdi. Hazırda dayanıqlı sülhə çoxtərəfli müəlliflik onun ən böyük zəmanəti kimi çıxış edir.

Zərifə HÜSEYNOVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Avqust 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri