Dayanmaq vaxt itirmək deyil, həyat qurtarmaqdır Rövşən Tağıyev
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Görüntülərdə yuxulu olduğu ehtimal olunan sürücünün idarə etdiyi avtomobilin hərəkət istiqamətindən çıxaraq maneəyə çırpılması əks olunur. Baş verən hadisə bir daha göstərir ki, sükan arxasında yorğunluq və yuxululuğa laqeyd yanaşmaq ciddi təhlükə yaradır".
Redaktor.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği şöbəsinin rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev deyib.
O bildirib ki, yuxulu halda avtomobil idarə edən sürücünün diqqəti zəifləyir, reaksiya müddəti uzanır, yol şəraitini düzgün qiymətləndirmək və nəqliyyat vasitəsinə tam nəzarət etmək imkanları azalır:
"Bəzən cəmi bir neçə saniyəlik mürgüləmə avtomobilin yüzlərlə metr nəzarətsiz hərəkət etməsi deməkdir. Bu isə təkcə maneəyə çırpılma ilə deyil, qarşı hərəkət zolağına çıxma, yoldan kənara aşma, piyadanın və ya digər nəqliyyat vasitəsinin vurulması kimi daha ağır nəticələrlə də yekunlaşa bilər. Uzunmüddətli səfərlər zamanı, eləcə də kifayət qədər istirahət etmədən yola çıxarkən sürücülər öz fiziki vəziyyətlərini düzgün qiymətləndirməlidirlər.
Gözlərin ağırlaşması, tez-tez əsnəmə, diqqətin yayınması və hərəkət zolağını saxlamaqda çətinlik hərəkəti davam etdirməyin təhlükəli olduğuna ciddi xəbərdarlıqdır. Belə vəziyyətdə sürücünün ən doğru qərarı mənzil başına tez çatmağa çalışmaq deyil, təhlükəsiz yerdə dayanaraq istirahət etməkdir. Çünki sükan arxasında yuxululuğa qarşı mübarizə apararaq hərəkəti davam etdirmək təhlükəni aradan qaldırmır, əksinə, ağır nəticəli yol-nəqliyyat hadisəsinin başvermə riskini artırır. Yuxulu halda yola davam etmək yalnız sürücünün öz həyatını deyil, sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığını da təhlükə altına qoyur. Yorğunluq və yuxululuq hiss etdiyiniz anda dayanmaq vaxt itirmək deyil, həyatınızı və başqalarının həyatını qorumaq üçün verilən düzgün qərardır", - deyə şöbə rəisi vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 27 Avqust 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















