Icma.az
close
up
RU
Dayısının qaçırdığı qız 25 il sonra anasına QOVUŞDU

Dayısının qaçırdığı qız 25 il sonra anasına QOVUŞDU

Icma.az bildirir, Lent az portalına istinadən.

2000-ci illərin əvvəllərində 8 yaşlı Xeda Çerevaxanova Çeçenistanda itkin düşüb. Onu öz dayısı Xansolt Çermıxanov qaçırıb. O, qızın atasının hərbi əməliyyatlar zamanı həlak olmasından sonra ailənin ağır vəziyyətindən istifadə edib. Uşağa kömək göstərmək və Moskvada istirahət təşkil etmək bəhanəsi ilə bacısı qızını aparıb, daha sonra isə gizli şəkildə xaricə çıxarıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, qızın anası Cülyetta sonrakı illər ərzində övladını tapmaq cəhdlərini dayandırmayıb. Onun sözlərinə görə, qohumu əvvəlcə ona təzyiq göstərib və hədələyib, daha sonra isə əlaqəni tamamilə kəsib. Sonradan məlum olub ki, o, Xedanı Fransaya aparıb, adını və atasının adını dəyişərək ona yeni şəxsiyyət yaradıb. Sistemli şəkildə anasının onu tərk etdiyi və öldüyü barədə yalan məlumatlar aşılayıb.

Qızın yad ölkədəki həyatı son dərəcə ağır olub: onun xatirələrinə görə, o, fiziki zorakılığa məruz qalıb, məcburi əməyə cəlb edilib, təcrid şəraitində saxlanılıb və ana dilində danışmaq, eləcə də öz mədəniyyətinin nümayəndələri ilə ünsiyyət qurmaq imkanından məhrum edilib. Yetkinlik yaşına çatmamışkən etdiyi bir neçə qaçış cəhdi qarşısı alınıb və polis tərəfindən yenidən geri qaytarılıb.

Kəskin dəyişikliklər Xedanın 18 yaşı tamam olanda baş verib. Ona hüquq müdafiəçiləri tərəfindən yardım göstərilib və bu, müstəqil həyata başlamağa imkan verib. O, ali hüquq təhsili alıb, daha sonra ailə qurub və ABŞ-a köçüb.

Uzun müddət gözlənilən əlaqənin bərpası Xedanın öz təşəbbüsü ilə baş verib: o, 2026-cı ilin yanvar ayının sonunda özü anasına zəng edib. 25 illik ayrılıqdan sonra baş tutan ilk telefon danışığı hər ikisi üçün emosional baxımdan olduqca çətin olub. Hazırda qızı mümkün qohum qisasından ehtiyat edərək ictimaiyyətə açıqlıq verməyə və hüquq-mühafizə orqanlarına rəsmi müraciət etməyə tələsmir. Ana və qız əlaqəni davam etdirir, itirilmiş illəri müəyyən qədər kompensasiya etmək üçün üzbəüz görüş planları qururlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 Fevral 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see555

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see523

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see365

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see269

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see268

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see243

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see243

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see236

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see233

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see230

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see210

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see208

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see202

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see202

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see202

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see201

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see199

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see197

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri