DÇ 2026: Açılış günündə faciə AZARKEŞ DÜNYASINI DƏYİŞDİ
Icma.az bildirir, Apasport portalına istinadən.
Dünya çempionatının açılış günündə faciəvi hadisə baş verib.
Apasport.az xəbər verir ki, Meksikanın paytaxtı Mexikoda yerləşən “Asteka” stadionu yaxınlığında almaniyalı azarkeş dünyasını dəyişib.
Hadisə Meksika və Cənubi Afrika Respublikası yığmaları arasında keçirilən DÇ-2026-nın açılış matçı zamanı baş verib. Meksika rəsmilərinin məlumatına görə, 81 yaşlı Almaniya vətəndaşının ilkin ehtimala əsasən infarkt keçirdiyi bildirilir.
Tibbi yardım əməkdaşları hadisə yerində azarkeşə müdaxilə etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. Daha sonra o, Milli Kardiologiya İnstitutuna aparılıb və orada ölümü təsdiqlənib.
Mexiko şəhər rəsmiləri Almaniyanın konsulluq orqanları ilə əlaqə saxlanıldığını açıqlayıb.
Qeyd edək ki, azarkeşin özünü pis hiss etmə səbəbi hələlik məlum deyil. Hadisənin hər hansı iğtişaş və ya başqa insidentlə bağlı olmadığı bildirilir.
İnfantino ABŞ-la bağlı peşman deyil: “Problemlərlə məşğul olmağa öyrəşmişəm” Lionel Skaloni: "Futbolçular elə qaçırlar, sanki sabah yoxdur" DÇ-26: Hansı oyun, saat neçədə, hansı kanalda? DÇ-2026: Avstraliya - Türkiyə matçının hakimləri bəlli oldu Nadir Orucov: "Sanki öz gənclərinə güvənmirlər"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 12 İyun 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















