DÇ 2026: Argentina hələ heç kimin qarşısını ala bilmədiyi bir lənətlə qarşılaşacaq
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Lionel Messinin yer aldığı Argentina millisi DÇ-2026-da hələ heç kimin qaça bilmədiyi bir lənətlə qarşılaşacaq. Sport24.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Mundialın startı ərəfəsində FİFA dünyanın ən güclü milli komandalarının yenilənmiş reytinqini dərc edib. Siyahıya Argentina başçılıq edir.
Mənbənin sözlərinə görə, FİFA reytinqinin lideri kimi dünya çempionatına qatılan komandaları təqib edən qəribə bir lənət var. Onlardan heç biri indiyə qədər titul qazanmayıb.
Fransa 2022-ci ildə bu lənəti qırmağa yaxın olsa da, Qətərdə keçirilən finalda Argentinaya penaltilərdə məğlub olub.
Qeyd edək ki, Argentina qrup mərhələsində Əlcəzair (17 iyun), Avstriya (22 iyun) və İordaniya (28 iyun) ilə üz-üzə gələcək.
Baxış sayı:173
Bu xəbər 12 İyun 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















