DÇ 2026 da oynayan futbolçu narkoman çıxdı
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İtaliyanın "Sassuolo" klubunun və Avstraliya millisinin yarımmüdafiəçisi Kristian Volpato ilə bağlı diqqətçəkən iddia gündəmə gəlib.
Milli.Az xəbər verir ki, "The Sun" qəzetinin yaydığı məlumata əsasən, 22 yaşlı futbolçunun narkotik testinin nəticəsi müsbət olub.
Bildirilir ki, Kristian Volpato Sidneydə sürət həddini iki dəfə aşdığı üçün polis tərəfindən saxlanılıb. İlk yoxlama zamanı aparılan nəfəs testində futbolçunun orqanizmində alkoqol aşkarlanmayıb.
Lakin təxminən iki saat sonra yenidən polis tərəfindən saxlanılan yarımmüdafiəçinin bu dəfə keçirilən müayinəsində kokain maddəsi aşkar edildiyi iddia olunur.
Qeyd edək ki, Kristian Volpato ABŞ, Meksika və Kanadada təşkil olunan 2026-cı il dünya çempionatında Avstraliya millisinin heyətində çıxış edib. Futbolçu mundial çərçivəsində 3 oyunda forma geyinsə də, məhsuldar fəaliyyəti ilə seçilməyib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 24 İyul 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















