Icma.az
close
up
RU
DÇ 2026 FIFA ya 9 milyard dollar gəlir gətirə bilər

DÇ 2026 FIFA ya 9 milyard dollar gəlir gətirə bilər

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 10 iyun, AZƏRTAC

FIFA-nın dünya çempionatından iqtisadi və media baxımından rekord nəticələr əldə edəcəyi proqnozlaşdırılır.

AZƏRTAC “Marca”ya istinadən xəbər verir ki, “Global Market Intelligence”in hesabatında turnirin FIFA-ya ümumilikdə təxminən 9 milyard ABŞ dolları gəlir gətirəcəyi bildirilir. Bu göstəricinin dünya çempionatları tarixində rekord olduğu qeyd olunur.

Hesabatda göstərilir ki, gəlirlərin böyük hissəsi, yəni, təxminən 3,9 milyard dolları televiziya yayım hüquqlarından əldə olunacaq. 48 komandanın iştirakı ilə 104 matçın keçirilməsi turnirin həm iqtisadi, həm də media təsirini artıran əsas amillərdən biri kimi qiymətləndirilir. Turnir ərzində stadionlara ümumilikdə 5 milyonadək azarkeşin cəlb olunacağı gözlənilir. Bilet satışlarından əldə olunacaq gəlirin əvvəlki dünya çempionatları ilə müqayisədə əhəmiyyətli dərəcədə artacağı və əlavə olaraq 950 milyon ABŞ dolları həcmində daha yüksək göstərici qeydə alınacağı bildirilir.

Proqnozlara görə, 2023–2026-cı illəri əhatə edən dünya çempionatı dövrü ümumilikdə 13 milyard ABŞ dolları həcmində gəlir gətirəcək. Növbəti dövr – 2030-cu ildə İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək dünya çempionatına qədər olan mərhələ isə 14 milyard ABŞ dolları gəlirlə daha yüksək göstərici nümayiş etdirəcək.

Digər bir hesabata əsasən, 2026-cı il mundialının qlobal ümumi daxili məhsula (ÜDM) 40,9 milyard dollar töhfə verəcəyini və dünyada 824 min yeni iş yerinin yaradılacağını göstərir. Bununla belə, hesabatlarda ABŞ-də turnirin iqtisadi təsirinin “məhdud və qısamüddətli” olacağı da vurğulanır.

Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri