DÇ 2026: Futzal millimizin rəqibləri ilə əvvəlki görüşləri necə keçib? STATİSTİKA
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünya çempionatının əsas mərhələsində Çexiya və Latviya ilə eyni qrupa düşən Azərbaycanın futzal yığmasının bu rəqiblərlə əvvəlki oyunlarının statistikası açıqlanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
Azərbaycan təmsilçisi Çexiya ilə 6-sı rəsmi olmaqla ümumilikdə səkkiz matçda üz-üzə gəlib.
Bu rəqiblər arasında ilk duel 31 il əvvəl baş tutub və həmin vaxt qitəmiqyaslı yarışlara yeni qədəm qoyan Azərbaycan yığması böyük hesabla (2:10) məğlub olub. Ümumilikdə Çexiya ilə rəsmi matçların 2-də Azərbaycan yığması, 4-də isə rəqib qələbə qazanıb. Onlarla son qarşılaşmalar yoldaşlıq matçları çərçivəsində baş tutub. 2 il əvvəl Zlin şəhərində təşkil olunan görüşlərdə Çexiya komandası qələbə qazanıb.
Milli qrupdakı digər rəqib Latviya seçməsi ilə 1 dəfə rəsmi, 2 dəfə isə yoldaşlıq oyununda üz-üzə gəlib. Rəsmi görüş 28 il əvvəl keçirilib və futzal üçün qeyri-adi hesab ediləcək nəticə qeydə alınıb - 0:0. Yoldaşlıq oyunları isə 2019-cu ildə Liepaya şəhərində təşkil olunub. İlk qarşılaşmada qələbəni (1:3) Azərbaycan yığması qazanıb, ertəsi gün baş tutan matçda isə heç-heçə (2:2) qeydə alınıb.
Qeyd edək ki, dünya çempionatında oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 “ikinci” elit raunda birbaşa vəsiqə əldə edəcək. Qalan 8 qrup ikincisi pley-off oyununda iştirak edəcək və qalib gələn 4 milli elit raunda vəsiqə qazanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 22 İyun 2026 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















