DÇ 2026: İtaliya İsrail oyununda təhlükəsizlik tədbirləri gücləndiriləcək
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Oktyabrın 14-də Udine (İtaliya) şəhərində futbol üzrə 2026-cı ilin Dünya Çempionatının seçmə mərhələsi üzrə İtaliya və İsrail arasında keçiriləcək oyununda təhlükəsizlik tədbirləri gücləndiriləcək.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "The Social Post" xəbər yayıb.
Məlumata görə, təhlükəsizliyi kinoloji xidmət, minaxtaranlar və pilotsuz təyyarələr təmin edəcək. Həmçinin tədbirlərə yerli polis və karabiner də cəlb olunacaq.
Matç öncəsi Udine şəhərinin stadionundan kənarda, ətraf ərazilərdə şüşə, keramik və dəmir qablarda qida və içkilərin satışı qadağan olunacaq. Polis bankalar və butulkaların etirazçılar tərəfindən atış məqsədilə istifadə oluna biləcəyindən narahatdır.
Xatırladaq ki, Osloda Norveç və İsrail yığmaları arasında keçirilən oyunda yerli polis Fələstin tərəfdarı olan nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib və bir neçə nümayişçini saxlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 13 Oktyabr 2025 09:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















