DÇ 2026 matçında qəribə hadisə: Cərimə meydançası gölə çevrildi VİDEO
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
DÇ-2026-nın I qrupunda İraq və Norveç milliləri arasında keçirilən oyunda qeyri-adi hadisə baş verib.
İdman.Biz xəbər verir ki, “Jillet” stadionundakı qarşılaşmanın fasiləsində suvarma sisteminin çiləyicilərindən biri sıradan çıxıb.
Nasazlıq nəticəsində qapılardan birinin qarşısındakı cərimə meydançasına güclü su axını başlayıb və həmin ərazidə böyük gölməçə yaranıb. Digər çiləyicilər də mümkün zərərin qarşısını almaq üçün dərhal söndürülüb.
Stadion əməkdaşları müxtəlif alətlərdən istifadə edərək suyu meydançanın digər hissələrinə dağıdıblar. Futbolçular ikinci hissəyə çıxanadək ot örtüyü yenidən oyuna yararlı vəziyyətə gətirilib.
Qeyd edək ki, Norveç millisi qarşılaşmada İraqı 4:1 hesabı ilə məğlub edib. Erlinq Holand görüşdə dubla imza atıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 17 İyun 2026 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















