DÇ 2026: Məşhur futbolçunun ayağı sındı Video
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Futbol üzrə dünya çempionatında (DÇ-2026) Kanada millisinin yarımmüdafiəçisi İsmael Konenin ayağı sınıb.
Axar.az xəbər verir ki, bu barədə məşhur jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesablarında məlumat yayıb.
Görüşün 52-ci dəqiqəsində, hesab 3:0 Kanadanın xeyrinə olarkən qətərli müdafiəçi Assim Modibo Koneyə qarşı kobud oynayıb. Qayda pozuntusundan sonra zədələnən futbolçu meydanı xərəkdə tərk etmək məcburiyyətində qalıb.
Məlumata görə, kanadalı futbolçu hazırda xəstəxanadadır və cərrahi əməliyyata hazırlıq keçir.
İlkin ehtimallara görə, kanadalı oyunçu 4-5 ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq.
Matç başa çatdıqdan sonra Modibo Kanada millisinin paltardəyişmə otağına yollanaraq zədələdiyi futbolçudan üzr istəyib.
Qeyd edək ki, həmin sözügedən oyunda Kanada millisi Qətəri 6:0 hesabı ilə məğlub edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 19 İyun 2026 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















