DÇ 2026: Moldova öz meydanında 5, Qazaxıstan səfərdə 3 qol buraxdı
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində altı oyun baş tutub.
Oxu.Az xəbər verir ki, Lixtenşteyn öz meydanında Şimali Makedoniyaya böyük fərqlə uduzub - 0:3.
Norveç səfərdə Moldovanı darmadağın edib. Skandinavlar ev sahiblərinin qapısından 5 cavabsız top keçiriblər - 0:5.
Monteneqro doğma azarkeşləri önündə Cəbəllüttariqdən üstün olub - 3:1.
Çexiya ev matçında Farer adalarını məğlub edib - 2:1. İsrail eyni hesabla Estoniyanın xal qazanmasına imkan verməyib - 2:1.
Uels isə öz meydanında Qazaxıstana qalib gəlib. Britaniyalıların üç qoluna qazaxlar yalnız bir dəqiq zərbə ilə cavab verməyi bacarıblar - 3:1.
Qeyd edək ki, seçmə mərhələnin növbəti oyunları martın 24-ü və 25-də baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 23 Mart 2025 01:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















