DÇ 2026 nın final matçının biletlərinin qiyməti açıqlanıb
Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Futbol üzrə 2026-cı ildə keçiriləcək dünya çempionatının final matçının biletlərinin qiyməti açıqlanıb.
Missiya.Az-ın "The Athletic"ə istinadən məlumatına görə, Nyu-Cersi ştatının Şərqi Ruterford şəhərindəki "Metlayf" stadionunda baş tutacaq görüşün ən ucuz biletinin qiyməti 2030 dollardır.
Bu, 4-cü kateqoriyaya aid biletdir. Üçüncü kateqoriya biletlərin qiyməti 2790 dollar, ikinci kateqoriya biletlərin qiyməti 4210 dollar, birinci kateqoriya biletlərin qiyməti isə 6370 dollara bərabərdir.
Mexiko şəhərində keçiriləcək açılış oyununa biletlər 370-1825 dollar aralığında dəyişir.
Qeyd edək ki, DÇ-2026-ya ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək. 48 komandanın mübarizə aparacağı mundial iyunun 11-dən iyulun 19-dək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 02 Oktyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















