Icma.az
close
up
RU
DÇ 2026 nın finalöncəsi sehrli foto

DÇ 2026 nın finalöncəsi sehrli foto

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkə.az Oxu.az-a istinadən xəbər verir ki, qurum Lionel Messinin körpə Lamin Yamalı vannada çimdirdiyi məşhur anı xatırladıb.

Kataloniyalıların mətbuat xidməti Messi və balaca Yamalın yer aldığı sözügedən şəkli paylaşıb və onu "sehrli foto" adlandırıb.

Tarixə nəzər salsaq görərik ki, 2007-ci ildə İspaniyanın "Diario Sport" nəşri "Barselona"nın ovaxtkı sponsoru UNICEF ilə birlikdə Kataloniya klubunun azarkeşləri üçün xüsusi bir uduşlu kampaniya təşkil etmişdi. Şərtlərə görə, qalib gələn ailənin övladı "Barselona" ulduzları ilə birlikdə təqvim üçün çəkilməli idi.

Həmin uduş Afrika ölkələrindən gəlmiş iki mühacirin və onların altıaylıq oğlu Lamin Yamalın yaşadığı ərazidə keçirilirdi. Tale elə gətirdi ki, qalib məhz bu ailə oldu. Nəticədə ailə "Kamp Nou" stadionuna gəlmək şansı qazandı və orada onları o zaman futbolun parlayan ulduzu olan Lionel Messi ilə unudulmaz bir fotosessiya gözləyirdi.

Təxminən iyirmi il sonra bu iki ulduz futbolçunun qarşıdurması DÇ-2026-nın final matçının əsl bəzəyinə çevriləcək. Bu həlledici görüşü təkcə dünya futbol ictimaiyyəti deyil, Yamalın özü də böyük səbirsizliklə gözləyir.

"Mən bir az böyümüşəm, Leo da, həmçinin. Ümid edirəm ki, onunla finalda qarşılaşa biləcəyəm, xüsusən də Finalissimanın (Cənubi Amerika və Avropanın ən yaxşı yığmalarının matçı) baş tutmadığını nəzərə alsaq", - deyə Yamal bildirib.

Xatırladaq ki, ispanlar DÇ-2026-nın 1/2 final mərhələsində Fransa yığması üzərində inamlı qələbə (2:0) qazanaraq finala vəsiqə əldə ediblər. Pley-off mərhələsi boyunca Luis de la Fuentenin rəhbərlik etdiyi komanda Belçika (2:1), Portuqaliya (1:0) və Avstriya (3:0) seçmələrinə də qalib gəlməyi bacarıb.

İspaniya - Argentina qarşılaşması iyulun 19-da, bazar günü "MetLayf" stadionunda baş tutacaq. Oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 İyul 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see441

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see329

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see248

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see239

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see236

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see229

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see217

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see206

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see198

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see194

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see193

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see193

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see188

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see187

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see182

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see180

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see155

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri