Icma.az
close
up
RU
DÇ 2026: Qrup mərhələsinin son turu öncəsi vəziyyət Hansı komandaya nə lazımdır?

DÇ 2026: Qrup mərhələsinin son turu öncəsi vəziyyət Hansı komandaya nə lazımdır?

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2026-cı il dünya çempionatında qrup mərhələsinin iki turu artıq geridə qalıb. Qarşıda isə pley-offa vəsiqələrin taleyini həll edəcək həlledici oyunlar var.

BAKU.WS-in məlumatına görə, bəzi komandalar artıq növbəti mərhələyə yüksəlməyi təmin edib, bəziləri isə turnirlə vidalaşıb. Digərlərinin taleyi isə son turun nəticələrindən asılı olacaq.

A qrupu

Meksika yığması CAR və Cənubi Koreyanı məğlub edərək vaxtından əvvəl pley-offa vəsiqə qazanıb. Son turda Çexiya ilə qarşılaşacaq meydan sahibləri üçün bu görüş formal xarakter daşıyır.

Çexiya isə mütləq qələbəyə ehtiyac duyur. Hazırda cəmi bir xalla üçüncü yerdə olan komanda yalnız Meksikanı məğlub etməklə növbəti mərhələyə ümid edə bilər.

Cənubi Koreya iki oyundan sonra ikinci pillədə qərarlaşıb. CAR-la oyunda heç-heçə belə koreyalılara pley-off qapılarını aça bilər. Məğlubiyyət isə onları sonuncu pilləyə qədər gerilədə bilər.

B qrupu

Kanada və İsveçrə hərəyə 4 xal toplayaraq qrup liderliyini bölüşür. Son turda onların qarşılaşması birinci yeri müəyyənləşdirəcək.

Bosniya və Herseqovina ilə Qətərin hərəsinin 1 xalı var. Bu komandalar arasında qalib gələn tərəfin pley-offa yüksəlmək şansı xeyli artacaq.

C qrupu

Braziliya və Mərakeş hərəyə 4 xal toplamaqla rahat vəziyyətdədir. Hər iki komanda artıq ən azı üçüncü yeri təmin edib.

Haiti isə iki oyundan sonra xalsız qaldığından pley-off şanslarını itirib.

Şotlandiyanın növbəti mərhələyə çıxmaq üçün Braziliyaya qarşı xal qazanması vacibdir.

D qrupu

ABŞ iki qələbə sayəsində qrup liderliyini və pley-off vəsiqəsini təmin edib.

Türkiyə isə Avstraliya və Paraqvaya məğlub olduqdan sonra mübarizəni dayandırıb.

Avstraliya ilə Paraqvay son turda ikinci yer uğrunda üz-üzə gələcək.

E qrupu

Almaniya artıq növbəti mərhələyə yüksəlib və qrup birinciliyini təmin edib.

Ekvador üçün Almaniya ilə oyun taleyüklüdür. Komanda yalnız qələbə qazanacağı halda şanslarını qoruyacaq.

Kot-d'İvuar isə heç-heçə ilə ikinci yeri təmin edə bilər.

F qrupu

Tunis ardıcıl ağır məğlubiyyətlərdən sonra turnirlə vidalaşıb.

Niderland və Yaponiya hərəyə 4 xal toplayıb. İsveç isə onların əsas təqibçisidir.

Yaponiya ilə İsveç arasında keçiriləcək görüş qrupun ən maraqlı qarşılaşmalarından biri olacaq.

G qrupu

Misir 4 xalla ən rahat vəziyyətdə olan komandadır və artıq ən azı üçüncü yeri təmin edib.

İran və Belçikanın hərəsinin 2, Yeni Zelandiyanın isə 1 xalı var.

İran Misiri məğlub etsə, ilk iki pillədən birini tutmağı təmin edə bilər. Belçika isə Yeni Zelandiya üzərində qələbə qazanacağı təqdirdə pley-offa yüksələcək.

H qrupu

İspaniya 4 xalla rahat mövqedədir və artıq ilk üçlükdə yerini təmin edib.

Uruqvay üçün İspaniya ilə qarşılaşma böyük əhəmiyyət daşıyır. Qələbə komandanı təhlükəsiz şəkildə pley-offa çıxara bilər.

Kabo-Verde və Səudiyyə Ərəbistanı arasındakı görüş də qrupun taleyini müəyyənləşdirəcək.

I qrupu

Fransa və Norveç hərəyə 6 xal toplayaraq pley-offa yüksəlmələrini rəsmiləşdiriblər.

Seneqal və İraq isə üçüncü yer uğrunda mübarizə aparacaq.

J qrupu

Argentina artıq növbəti mərhələdədir və qrup birinciliyini təmin edib.

Avstriya ilə Əlcəzair ikinci yer uğrunda mübarizə aparacaq. Hər iki komandanın 3 xalı var.

İordaniya isə turnirlə vidalaşıb.

K qrupu

Kolumbiya iki qələbə ilə pley-off vəsiqəsini təmin edib.

Portuqaliya da artıq ən azı üçüncü yeri zəmanət altına alıb.

Konqo DR və Özbəkistan son turda növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə aparacaq.

L qrupu

İngiltərənin Qana ilə qolsuz heç-heçəsi qrupda vəziyyəti daha da gərginləşdirib.

Xorvatiya son tur öncəsi liderlik uğrunda mübarizədə qalır. Panama isə artıq pley-off şanslarını itirib.

Qana ilə Xorvatiya arasındakı görüş ikinci yer uğrunda əsas qarşılaşma hesab olunur.

Beləliklə, qrup mərhələsinin son turu bir sıra nəhəng komandalar üçün həlledici olacaq. Bəzi favoritlər artıq rahat nəfəs alsalar da, bir çox yığma üçün pley-off bileti son 90 dəqiqədə müəyyənləşəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:370
embedMənbə:https://baku.ws
archiveBu xəbər 24 İyun 2026 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see487

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see482

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see395

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see388

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see364

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see357

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see348

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see347

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see344

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see322

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see298

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see292

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see242

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see239

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see236

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see221

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see216

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see206

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri