Icma.az
close
up
RU
Menu

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

Zülalla ən zəngin çərəz

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

Yuxusuz gecədən sonra bunu edin

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

DÇ 2026 yeddi məşqçinin postu ilə vidalaşmasına səbəb oldu FOTO

DÇ 2026 yeddi məşqçinin postu ilə vidalaşmasına səbəb oldu FOTO

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Futbol üzrə DÇ-2026-da mübarizə davam etsə də, turnir artıq bir neçə baş məşqçi üçün son dayanacaq olub.

İdman.Biz xəbər verir ki, mundialdakı uğursuz çıxışdan sonra yeddi mütəxəssis milli komandadakı postunu tərk edib. Siyahıda ən diqqətçəkən adlar Ronald Kuman və Marselo Byelsadır.

Ronald Kuman 30 iyunda Niderland millisindən ayrıldığını açıqlayıb. Komanda 1/16 finalda Mərakeşə penaltilər seriyasında uduzub. Niderland mətbuatına görə, federasiya Arne Slotu əsas namizədlərdən biri kimi görür. Erik ten Haqın adı da müzakirə olunur.

Sebastyan Bekkasesse Ekvador millisindən ayrılan digər məşqçidir. Komanda qrupda Almaniyaya qalib gəlsə də, Meksikaya 0:2 hesablı məğlubiyyətdən sonra mundialla vidalaşıb. Argentinalı mütəxəssis bildirib ki, komanda ölkə tarixinin ən yaxşı dünya çempionatını keçirmək hədəfinə çata bilməyib.

Uruqvay millisində də ayrılıq yaşanıb. Marselo Byelsa komandanın qrup mərhələsində dayanmasından sonra postunu tərk edib. O, nəticəyə görə məsuliyyəti üzərinə götürüb və əlindəki heyət potensialından lazımi səviyyədə istifadə edə bilmədiyini deyib. Uruqvay mətbuatında onun mümkün varisi kimi Marselo Qalyardonun adı çəkilir.

Cənubi Koreya millisində Hon Myon Bo ilə yollar ayrılıb. Komanda Çexiyaya qalib gəlsə də, həlledici oyunda CAR-a uduzub və pley-offa çıxa bilməyib. Baş məşqçi çıxışında nəticəyə görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.

Stiv Klark Şotlandiya millisindən ayrılıb. Komanda onun rəhbərliyi altında 28 ildən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazansa da, qrupdan çıxa bilməyib. Şotlandiya Haitini məğlub edib, lakin Mərakeş və Braziliyaya uduzub. Anqelos Postekoqlu əsas namizədlər sırasındadır.

Miroslav Koubek də Çexiya millisindəki işini başa vurub. Komanda qrupda cəmi bir xal toplayıb və yalnız CAR-la heç-heçə edib. Mütəxəssis qərarında uğursuz nəticə ilə yanaşı, ona qarşı aparılan media kampaniyasının da rol oynadığını bildirib.

Tunisdə isə Sabri Lamuşi mundialın elə ilk turundan sonra istefaya göndərilib. Komanda İsveçə 1:5 hesabı ilə uduzduqdan sonra baş məşqçi dəyişdirilib. Onu Erve Renar əvəzləyib, lakin bu dəyişiklik də nəticəyə təsir etməyib - Tunis üç oyunun hamısında məğlub olub.

Daha bir neçə yığmada da dəyişiklik gözlənilir. Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann da bu gün istefa verib. Komanda 1/16 finalda mübarizəni dayandırıb və alman mətbuatında Yurgen Kloppun əsas namizəd olduğu bildirilir.

Didye Deşam isə əvvəlcədən DÇ-2026-dan sonra Fransa millisindən ayrılacağını açıqlayıb. Onun yerinə Zinəddin Zidanın gələcəyi gözlənilir. Meksika millisində də Xavyer Aqirrenin mundialdan sonra postunu tərk edəcəyi və onu “Barselona”nın keçmiş oyunçusu Rafael Markesin onu əvəzləyəcəyi bildirilir.

Seneqal millisində isə Papa Tiavın gələcəyi qeyri-müəyyəndir. Yerli media onu sərt tənqid edir. Hətta yarımmüdafiəçi Pap Geye hazırkı məşqçilər heyəti ilə yığmada çıxışını davam etdirmək istəmədiyini açıq bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 İyul 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see315

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see286

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see284

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see279

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see231

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see227

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see226

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see221

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see219

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see211

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see209

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see202

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see199

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see195

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see192

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see187

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

15 Noyabr 2026 02:58see184

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see176

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see176

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

15 Noyabr 2026 04:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri