DÇ 2026 zamanı insident: sərxoş sürücü altı meksikalı azarkeşi vurdu VİDEO
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
DÇ-2026 zamanı xoşagəlməz hadisə baş verib. Meksikanın Çiuaua şəhərində sərxoş sürücü altı azarkeşi avtomobillə vurub.
İdman.Biz xəbər verir ki, insident Meksika millisinin Cənubi Koreya üzərində qələbəsini qeyd edən azarkeşlərin toplandığı küçədə qeydə alınıb.
Məlumata görə, sürücü insanların bayram etdiyi ərazidən avtomobillə keçməyə cəhd edib və nəticədə altı nəfəri vurub.
Hadisə zamanı xəsarət alan azarkeşlər xəstəxanaya çatdırılıb. Qəzanı törədən şəxs isə hadisə yerindən qaçmağa çalışsa da, qısa müddət sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Hazırda insidentlə bağlı araşdırma aparılır.
Baxış sayı:176
Bu xəbər 20 İyun 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















