Icma.az
close
up
RU
DÇ 2027 yə doğru: gənc Maradona və Messilər Azərbaycanla Özbəkistanda parlayacaqmı?

DÇ 2027 yə doğru: gənc Maradona və Messilər Azərbaycanla Özbəkistanda parlayacaqmı?

Icma.az bildirir, Idman.biz portalına istinadən.

1985-ci il avqustun sonu – sentyabrın əvvəli... SSRİ-də gənclər arasında (U-20) dünya çempionatı keçirilirdi və bir qrupun oyunları, həmçinin dörddəbir finalın bir qarşılaşması respublikamızda – Bakıda və hətta Sumqayıtda oldu. Azarkeşlər Meksika, Çin, Paraqvay, İngiltərə və Nigeriyanın gənc futbolçularının çıxışını canlı izləmək imkanı qazandılar.

İllər ötüb keçdi, sərhədlər dəyişdi, bayraqlar yeniləndi. Azərbaycan öz müstəqilliyini qazandı və dünya xəritəsində yeni kimliyi ilə yer aldı...

Və indi - 40 il sonra artıq Azərbaycan dost və qardaş Özbəkistanla birlikdə 2027-ci ildə gənclərin mundialına ev sahibliyi etmək üçün namizədliyini irəli sürür. Bu xəbəri isə ilk dəfə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun əvvəlində Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən sonra mətbuata birgə bəyanatları zamanı açıqlamışdı: “Azərbaycanın minifutbol üzrə yığmasını bir daha təbrik edirəm. Onlar dünya çempionu oldular. Biz Azərbaycan futbolçularının uğurlarına sevinirik. Qərara aldıq FIFA-ya birlikdə müraciət edək ki, Azərbaycan və Özbəkistan bu kateqoriyada futbol üzrə dünya çempionatını birgə təşkil etsinlər. Düşünürəm ki, bu, gənclərimiz üçün ortaq uğur olacaq”.

İki ölkənin siyasi, iqtisadi və mədəni sahələrdəki yaxınlığı indi futbolda da ortaq addımlara çevrilir. Xeyirli olsun!

Azərbaycan artıq belə böyük futbol tədbirlərinin təşkilində təcrübəli sayılır. Müstəqillik dövründə AVRO-2020-nin oyunları, UEFA Avropa Liqasının finalı, U-17 Avropa çempionatı və 17 yaşadək qızlar arasında dünya çempionatına ev sahibliyi etmişik. Özbəkistan da bu mənada geridə qalmır – Asiyanın U-20 və U-23 çempionatları, futzal üzrə dünya çempionatının keçirilməsi beynəlxalq futbol qurumlarının ölkənin təşkilatçılıq bacarığına inamını göstərir.

Bəli, Azərbaycan futbolda Avropanı, Özbəkistan isə Asiyanı təmsil edir. Maraqlıdır ki, indiyədək U-20 dünya çempionatı eyni vaxtda iki ölkədə keçirilməyib. Azərbaycan və Özbəkistanın birgə namizədliyin reallaşması həm turnir üçün yeni təcrübə, həm də iki qitənin təşkilatçılıq gücünün birləşməsi, futbolun sərhədsiz və qlobal ruhunu əks etdirən simvolik bir addım olacaq...

Özbəkistan 2024-cü ildə ilk dəfə Olimpiya Oyunlarının futbol turnirində təmsil olunub. 2026-cı ilin dünya çempionatı isə əsas milli komandaları üçün yeni tarix olacaq. Futbolçularının da “Mançester Siti” (Abdukodir Xusanov) və “Roma” (Eldor Şomurodov) kimi klublara düşmələri ilə Özbəkistan futbolu adından daha çox söz etdirməyə başlayıb. U-20 dünya çempionatı da özbəklərə tanış turnirdir. Onlar gənclər mundialında beş dəfə iştirak edib, iki dəfə də yarımfinal ərəfəsində mübarizəni dayandırıblar.

Ölkəmiz ev sahibi seçilsə, Azərbaycan komandası da ilk dəfə U-20 dünya çempionatında iştirak hüququ qazanacaq. Amma FIFA üzvlərinin 20 yaşadək futbolçulardan ibarət kişi milli komandaları arasında iki ildən bir təşkil edilən və hazırda rəsmən “FIFA U-20 Dünya kuboku” adlanan turnirdə vaxtilə azərbaycanlı imzası olub. 1977-ci ildə Tunisdə keçirilən ilk yarışda Eldar Əzimzadə də hakimlik edib.
Futbolçularımız da SSRİ yığmasının heyətində gənclər mundialına qatılıblar. 1979-cu ildə “Neftçi”nin 19 yaşlı oyunçuları İqor Ponomaryov və Vladimir Mixaylevski finalda Maradonalı Argentinaya qarşı mübarizə aparıblar. O vaxt matçda hesabı Ponomaryov açmış, son nötəni isə Dieqo özü qoymuşdu (1:3). 1989-cu ilin çempionatında isə 18 yaşlı Arif Əsədov SSRİ komandasının heyətində yer alsa da, meydana çıxmaq ona nəsib olmamışdı...

Ümumi mənzərəyə nəzər salsaq, Cənubi Amerika təmsilçilərinin gənclər futbolunda bariz üstünlüyü göz qabağındadır. Argentina altı, Braziliya isə beş dəfə dünya çempionu olaraq bu sahədə liderliklərini qoruyurlar. Maraqlıdır ki, əsas yığmalar səviyyəsində dörd dəfə Dünya kubokunu qazanmış İtaliya gənclərdə hələ də bu sevinci dadmayıb, Almaniya isə yalnız 1981-ci ildə birinci ola bilib.

Əfsanəvi Dieqo Maradonadan (1979) başqa sonralar Azərbaycan millisinin baş məşqçisi olmuş Robert Prosineçki (1987), həmçinin Lionel Messi (2005), Pol Poqba (2013), Erlinq Haaland (2019) kimi futbolçular vaxtilə gənclər mundialında parlayıb, turnirin “Qızıl top” və ya “Qızıl buts” mükafatlarını qazanıblar. Norveçli forvard altı il bundan əvvəl Hondurasa 12:0 hesabı ilə qalib gəldikləri oyunda 9 qol vurması ilə də tarix yazıb! Təsadüfi deyil ki, FIFA U-20 dünya çempionatını "sabahın super ulduzlarının turniri" kimi təqdim edir.

Gənclər mundialı bu il də keçiriləcək – yarış sentyabr-oktyabr aylarında 24 komandanın iştirakı ilə bizə uzaq Çilidə olacaq. Bayrağı bizim rənglərə oxşayan Okeaniya təmsilçisi Yeni Kaledoniya da ilk dəfə bu turnirdə qüvvəsini sınayacaq.

2027-ci ildə təşkil ediləcək növbəti U-20 dünya çempionatı ev sahibinin müəyyənləşməsi ilə bağlı isə FIFA artıq bu il qərar verməlidir. Azərbaycan və Özbəkistan tandemi seçilsə, bu, “tarix təkrarlanır” ifadəsini bir daha təsdiqləmiş olacaq. Bu, həmçinin Azərbaycan futbolunun 1985-in ruhuna, o günlərin xatirəsinə qayıdışı deməkdir.

Rasim Mövsümzadə

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 İyul 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri