Icma.az
close
up
RU
DÇ 2030 un görünməyən üzü: Mərakeş küçələrində nə baş verir?

DÇ 2030 un görünməyən üzü: Mərakeş küçələrində nə baş verir?

Icma.az, Olke.az saytına istinadən bildirir.

2026-cı il dünya çempionatının həyəcanı artıq milyonları coşdurduğu bir vaxtda, 2030-cu ildə keçiriləcək növbəti turnirin ev sahiblərindən biri olan Mərakeş bu günlərdə futbol meydanlarından çox küçələrdən gələn xəbərlərlə gündəmdədir. 

Ölkə.az xəbər verir ki, İspaniya və Portuqaliya ilə birgə təşkilatçılıq edəcək Şimali Afrika ölkəsi turnir öncəsi şəhərləri "steril” vəziyyətə gətirmək məqsədilə təxminən üç milyon küçə itinin sistemli şəkildə məhv edilməsi ilə ittiham olunur.

Heyvan hüquqları müdafiəçiləri turnirin imici naminə küçə heyvanlarının planlı şəkildə aradan qaldırıldığını iddia edir. Heyvan rifahı təşkilatlarının hazırladığı hesabatlarda idmanının birləşdirici ruhuna zidd mənzərə təsvir olunur. Xüsusilə Marakeş kimi məşhur turizm mərkəzlərində küçə itlərinin toplu şəkildə yığıldığı və ağır üsullarla öldürüldüyü irəli sürülür. Bəzi şahidlərin sözlərinə görə, heyvanlar tullantı sahələrində yandırılıb və ya zəhərlənərək kütləvi məzarlıqlara basdırılıb.

"Beynəlxalq Heyvan Rifahı və Qoruma Koalisiyası” (IAWPC) bu iddiaları əks etdirən 91 səhifəlik hesabatı FIFA-ya təqdim edərək qurumu müdaxiləyə çağırıb.

Rəsmi açıqlamalar və sızan sənədlər

Mərakeş hökuməti və diplomatik nümayəndəliklər ittihamların əsassız olduğunu bildirir. Rəsmi şəxslər 2019-cu ildən etibarən müasir sterilizasiya və peyvənd proqramlarının tətbiq olunduğunu, heyvan hüquqlarına hörmət edən siyasət yürüdüldüyünü bəyan edirlər.

Lakin 2025-ci ilin sentyabrına aid olduğu iddia edilən bəzi yerli sənədlərdə minlərlə güllənin sifariş edildiyi göstərilir. Bu isə rəsmi açıqlamalarla ziddiyyət təşkil edir. PETA kimi beynəlxalq təşkilatlar isə iddia edilən kütləvi məhvetmə dayandırılmayacağı təqdirdə Mərakeşin ev sahibliyi hüququnun dayandırılmasını tələb edir.

Məsələ təkcə heyvansevərləri deyil, tanınmış simaları və beynəlxalq qurumları da hərəkətə gətirib. Məşhur aktyor Mark Ruffalo böyük idman tədbiri naminə milyonlarla canlının qurban verilməsini "əxlaqi iflas” adlandırıb. BMT-nin Uşaq Hüquqları Komitəsi isə uşaqların bu cür zorakılıq səhnələrinə şahid olmasının yarada biləcəyi psixoloji travmaya diqqət çəkib.

İddialar fonunda Mərakeşdə 2030 Dünya çempionatına hazırlıqların hansı istiqamətdə davam edəcəyi və FIFA-nın məsələ ilə bağlı mövqeyinin necə olacağı beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalır.(qaynarinfo)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Fevral 2026 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see361

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see348

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see339

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see332

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see322

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see311

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see297

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see269

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see254

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see246

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see234

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see230

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see214

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see213

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see206

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see204

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see199

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see184

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see182

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri