DÇ dan sonra dəhşət: Onu öldürdülər, məni də öldürməsinlər
Icma.az, Fanat portalına istinadən məlumat verir.
Dünya çempionatından kənarlaşan Kolumbiya millisində şok hadisələr yaşanır.
Fanat.Az xəbər verir ki, komandanın futbolçusu Xaminton Kampas İsveçrə ilə oyunda qaçırdığı qol epizoduna görə ölüm təhdidləri almağa başlayıb.
Aldığı ciddi təhdidlər səbəbindən gənc oyunçu ölkəsinə geri dönə bilmir. Məlumata görə, təkcə futbolçunun özü deyil, onun ailəsi də açıq şəkildə hədələnib.
Xatırladaq ki, 1994-cü il dünya çempionatında ABŞ-la oyunda öz qapısına qol vuran Andres Eskobar, Kolumbiya millisi turnirlə vidalaşdıqdan cəmi bir neçə gün sonra Medelyin şəhərində silahlı hücum nəticəsində qətlə yetirilmişdi.
Həmin cinayətin, futbolçunun avtoqolundan sonra yaranan böyük narazılıq və o dövrdə futbola pul yatıran cinayətkar qruplaşmalarla bağlı olduğu geniş şəkildə qəbul edilsə də, hadisənin bütün təfərrüatları bu günə qədər tam olaraq aydınlaşdırılmayıb. İndi isə bənzər bir aqibətlə Xaminton Kampas üz-üzə qalıb.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 11 İyul 2026 01:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















