Icma.az
close
up
RU
DÇ nin bilet qiymətləri kəskin artdı Final oyunu üçün 10 min dollar

DÇ nin bilet qiymətləri kəskin artdı Final oyunu üçün 10 min dollar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2026-cı il Dünya Çempionatında iştirak edəcək 48 komandanın təsdiqlənməsindən sonra bilet satışlarının yenidən açılması ilə qiymətlərdə nəzərəçarpacaq artım qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, FİFA 19 iyulda ABŞ-nin Nyu-Cersi ştatındakı “MetLife” Stadionunda keçiriləcək final oyunu üçün ən yüksək bilet qiymətini 10.990 dollara yüksəldib. Dekabr ayında keçirilən püşkatmadan sonra bu rəqəm 8.680 dollar idi.

Final matçı üzrə digər kateqoriyalarda da ciddi bahalaşma müşahidə olunub:

Kateqoriya 2 biletlər 5.575 dollardan 7.380 dollara qaldırılıb.

Kateqoriya 3 biletlər isə 4.185 dollardan 5.585 dollara yüksəlib.

FİFA turnirin keçiriləcəyi ABŞ-nin 11, Meksikanın 3 və Kanadanın 2 şəhərində “dinamik qiymətləndirmə” modelini tətbiq edir. Bu sistemə əsasən, biletlərin qiyməti tələbatdan asılı olaraq dərhal dəyişir.

ABŞ Konqresinin 69 demokrat üzvü FİFA Prezidenti Canni İnfantinoya ünvanladıqları məktubda bu yanaşmanı tənqid edərək bildiriblər ki, 2026-cı il Dünya Çempionatı tarixdə “ən çox maliyyə baxımından kənarlaşdırıcı” turnirə çevrilə bilər.

Turnirin açılış və qrup mərhələsi oyunlarında da bahalaşma qeydə alınıb:

Meksika - Səudiyyə Ərəbistanı açılış matçı üçün ən ucuz bilet 2355 dollardan 2985 dollara qalxıb.

Kanada - Bosniya və Herseqovina oyunu üçün biletlər 2170 dollardan 2240 dollara yüksəlib.

ABŞ - Paraqvay matçı üçün isə hazırda yalnız 2735 dollarlıq yüksək kateqoriyalı biletlər satışda qalıb.

Bundan əlavə, ABŞ-nin 25 iyunda İnqlvudda Türkiyə ilə və Sietlda Avstraliya ilə keçirəcəyi oyunlar üçün biletlər sistemdə ümumiyyətlə görünmür.

Bilet satışlarının “son dəqiqə satış mərhələsi” adı ilə bərpa olunmasından sonra FİFA-nın rəsmi saytında texniki nasazlıqlar da yaşanıb.

Bir çox istifadəçi saatlarla növbədə gözlədiyini, bəziləri isə sistemdəki səhvlər səbəbindən bilet ala bilmədiyini bildirib.

FİFA açıqlayıb ki, bütün biletlər hələ satışa çıxarılmayıb və 11 iyun – 19 iyul tarixləri arasında keçiriləcək 104 oyun üçün biletlər mərhələli şəkildə satışa təqdim olunacaq.

Digər tərəfdən, hər bir iştirakçı ölkənin milli federasiyası ən sadiq azarkeşlər üçün təxminən 400-700 ədəd olmaqla, 60 dollarlıq daha ucuz bilet kvotası ayıracaq.

Lakin bu biletlərin sayının məhdud olması azarkeş qruplarının tənqidinə səbəb olmaqda davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Aprel 2026 08:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see370

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see318

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see313

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see285

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see284

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see267

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see265

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see262

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see257

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see247

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see247

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see245

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see236

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see231

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see228

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see224

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see222

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see218

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see194

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri