DÇ2026: Lautaro Martinesin baxımlı qol vurduğu oyunda Lionel Messi rekordu təkrarladı
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Dünya Çempionatının seçmə mərhələsinin 12-ci turu çərçivəsində keçirilən görüşdə Argentina millisi Peru ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, meydan sahiblərinin üstünlüyü ilə keçən qarşılaşmada qapılara yalnız bir qol vurulub.
Lautaro Martines 55-ci dəqiqədə Lionel Messinin ötürməsindən sonra hədəfi dəqiq nişan alıb - 1:0.
Xatırladaq ki, bu qarşılaşmada məhsuldar ötürmə ilə yadda qalan Lionel Messi millinin heyətində assistlərinin sayını 58-ə çatdırıb. O bu göstəricidə indiyədək lider olan ABŞ millisinin əfsanəvi oyunçusu Lendon Donovana çatıb.
Qeyd edək ki, 1:0 hesabı ilə qalib gələn Argentina millisi 25 xalla turnir cədvəlinin vahid lideridir. Aktivində yeddi xalı olan Peru isə sonuncu - 10-cu yerdədir.
Baxış sayı:129
Bu xəbər 20 Noyabr 2024 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















