DDLA gəmiçilik şirkətlərinə sirkulyar məktub ünvanlayıb
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2025-ci il 1 avqust tarixinə kimi gəmilərin maşın şöbəsinin bütün komandir heyəti “1000 volt və artıq olan güc sistemlərinin təhlükəsiz istismarı və onlara texniki xidmət” üzrə xüsusi hazırlıq şəhadətnamələri ilə təmin olunmalıdır.
"Unikal" xəbər verir ki, bununla bağlı Dövlət Dəniz və Liman Agentliyi (DDLA) gəmiçilik şirkətlərinə bu il yanvarın 24-də sirkulyar məktub ünvanlayıb.
Məktuba əsasən, gəmiçilik şirkətləri Azərbaycan Respublikasının Dövlət Bayrağı altında üzən gəmilərin maşın şöbəsinin komandir heyəti üzvlərinin “1000 volt və artıq olan güc sistemlərinin təhlükəsiz istismarı və onlara texniki xidmət” üzrə xüsusi hazırlıq kursunu keçərək müvafiq şəhadətnaməni əldə etmələri və bu tələbləri heyətlə komplektləşdirmə zamanı təmin etməlidirlər.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı 2010-cu ildə “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” (DHDNÇ) Beynəlxalq Konvensiyaya gəmilərdə yüksəkgərginlikli güc sistemlərinin təhlükəsiz istismarı ilə bağlı xüsusi müddəalar əlavə edilib. Bu dəyişikliklər Beynəlxalq Dəniz Təşkilatının (BDT) 2021-ci il mayın 13-də qəbul etdiyi MSC.486 (103) nömrəli qətnaməsi ilə dəstəklənib və gəmilərdə yüksəkgərginlikli sistemlərə dair anlayış və tələblər müəyyənləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 28 Yanvar 2025 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















