De Blekere liderlərin duelindəki mübahisəli epizodları şərh edəcəkmi? AFFA rəsmisi cavab verdi
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
1-ci liqanın 8-ci turunun “Karvan” – “Qəbələ” matçı (0:1) meydan sahiblərinin baş hakim Tural Qurbanovun qərarlarına etiraz etməsiylə yadda qaldı.
Yevlax təmsilçisi konkret epizodları gündəmə gətirməklə iddia edir ki, hakim matçı ədalətli idarə etməyib. AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerenin premyer-liqada baş verən mübahisəli epizodları şərh etdiyini bilirik. “Karvan”ın ciddi narazılığını nəzərə alsaq, bu oyunda yaşananların da belçikalı mütəxəssis tərəfindən incələnməsi mümkündümü?
“Football-plus.az”ın sualını AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli cavabladı:
“Məlum olduğu kimi, 1-ci liqada VAR sistemi tətbiq edilmir. Həmçinin “Karvan” – Qəbələ” matçı “CBC Sport” tərəfindən canlı yayınlanmayıb. Belədə epizodları bir neçə rakursdan təkrar izləmək mümlün deyil. Bu səbəbdən Frank De Blekere həmin oyundakı epizodları şərh etməyəcək”.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 05 Dekabr 2024 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















